Əmək pensiyalarının baza hissəsinin artımı 1 milyon 209 min 135 nəfərə şamil olunacaq
29.08.2013 [09:33]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov avqustun 28-də mətbuat konfransı keçirib.
AzərTAc xəbər verir ki, S.Müslümov pensiyaçıların sosial müdafiəsinin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını, pensiyaların məbləğinin hər il əhəmiyyətli dərəcədə artırıldığını qeyd edib. Bunu son 10 il ərzində aparılan çox ciddi sosial-iqtisadi islahatların məntiqi nəticəsi kimi dəyərləndirən fondun sədri deyib: “Əmək pensiyalarının orta aylıq məbləği həmin müddətdə 9,2 dəfə artırılaraq 18,4 manatdan 170 manata, pensiyaların minimum məbləği isə 7,1 dəfə artaraq 14 manatdan 100 manata çatdırılıb. Yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə yüksəlib”.
S.Müslümov məlumat verib ki, 2013-cü il iyulun 1-nə Azərbaycanda 1 milyon 272 min 566 pensiyaçı var. Əmək pensiyalarının baza hissəsinin 17,6 faiz artırılmasına dair Prezidentin Sərəncamı təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Bu artımın şamil olunmadığı kateqoriya - qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu qəbildən olan pensiyaçıların sayı 63 min 431 nəfərdir. Onların pensiyaları “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq fərqli qaydada artırılır.
DSMF-nin sədri bildirib ki, pensiyanın baza hissəsini tam alanların (onların sayı 1 milyon 90 min nəfərdir) pensiyasının artımı 15 manat təşkil edir. Bəzi kateqoriyaya aid pensiyaçılarda isə artım daha çox olacaq. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alan (I qrup gözdən əlillər istisna olmaqla) 15 min 580 nəfərin pensiyaları 19 manat 50 qəpik, pensiyanın baza hissəsini 200 faiz həcmində alan 7763 nəfərin pensiyaları isə 31 manat 50 qəpik artacaq. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatdırılacaq. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmətdə olmuş hərbi qulluqçuların pensiyasının baza hissəsinin artımı 16 manat 50 qəpik təşkil edəcək.
DSMF-nin sədri qeyd edib ki, Böyük Vətən Müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 28 manat 50 qəpik artacaq. Böyük Vətən Müharibəsi əlillərinə gəldikdə isə pensiyasının baza hissəsində arım I qrup əlillərdə 37 manat 50 qəpik, II qrup əlillərdə 31 manat 50 qəpik, III qrup əlillərdə isə 28 manat 50 qəpik olacaq.
Bildirilib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bunun üçün ilin sonunadək təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunur.
DSMF-nin sədri onu da qeyd edib ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə, Azərbaycan MDB-də üçüncü yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 185 dollar, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda 31,7 dollardır.
Xəbər lenti
Hamısına baxGündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24

