Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pakistanda partlayış nəticəsində 9 nəfər həlak olub

Pakistanda partlayış nəticəsində 9 nəfər həlak olub

12.05.2026 [11:42]

Mayın 12-də, çərşənbə axşamı Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətindəki bazarda baş verən partlayış nəticəsində ən azı doqquz nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Bu barədə yerli administrasiya rəsmisi jurnalistlərə bildirib.

AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, partlayış Lakki Marvat rayonunun Saray Nauranq şəhərində baş verib.

Administrasiya rəsmisi əlavə edib: “Hazırda xəstəxanadayam və bu günə qədər buraya doqquz cəsəd gətirilib, azı 22 yaralı da müalicə alır”.

Ölənlər arasında iki polis əməkdaşı da var. O, əlavə edib ki, hakimiyyət orqanları hələlik partlayışın mahiyyətini təsdiqləməyib.

Heç bir qrup hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və partlayışla bağlı araşdırma aparıb, xilasetmə qrupları isə yaralıları yaxınlıqdakı xəstəxanalara köçürməyə davam edib.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31