/ / Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II Forumu panel iclaslarla işini davam etdirib
Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II Forumu panel iclaslarla işini davam etdirib
04.09.2013 [08:34]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu sentyabrın 3-də işini panel iclaslarla davam etdirib.
AzərTAc xəbər verir ki, Forumun “Cənubi Qafqazda uzun müddət davam edən münaqişələr: Mürəkkəb vəziyyətdən çıxış yolu axtarışında” mövzusunda keçirilən III panel iclasında SAM-ın direktoru Fərhad Məmmədov məruzə ilə çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və acı nəticələri haqqında danışıb. Bildirilib ki, rəsmi Yerevan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edərək Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır.
F.Məmmədov diqqətə çatdırıb ki, münaqişə nəticəsində Ermənistan Cənubi Qafqazda həyata keçirilən regional layihələrdən tamamilə təcrid olunub və bu ölkənin iqtisadiyyatı gündən-günə geriləyir.
SAM-ın direktoru beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini dəstəkləməyə, təcavüzkar siyasətindən əl çəkməsi üçün rəsmi Yerevana təzyiq göstərməyə çağırıb.
F.Məmmədov müstəqilliyini bərpa etdikdən sonra ötən illər ərzində Azərbaycanda görülən işlər haqqında məlumat verib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə uğurlu islahatların, dövlət proqramlarının həyata keçirildiyini diqqətə çatdırıb.
O, həmçinin vurğulayıb ki, dünya dövlətləri üçün tolerantlıq nümunəsi olan Azərbaycan müxtəlif xalqların, millətlərin və dinlərin dinc yanaşı mövcud olduğu, mədəniyyətlərin qaynayıb-qarışdığı bir ölkədir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev Ermənistanın tarix boyu Azərbaycana qarşı törətdiyi soyqırımı aktlarından danışıb. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində keçirilən tədbirlərin bu faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında rolunu vurğulayıb.
Milli Məclisin deputatı müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən danışaraq bildirib ki, yalnız Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində addımlar atılıb, Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutub. Bildirilib ki, Ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan artıq qlobal miqyasda əsas söz sahiblərindən biri qismində çıxış edir.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov istənilən sahədə uğurların davamlılığını təmin etmək üçün təhsil sisteminin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Dünyada dostluq və həmrəylik prinsiplərinə riayət etməyin vacibliyini diqqətə çatdıran M.Cabbarov bu amillərin yalnız insanlar arasında dostluğu təmin etməklə mümkün olduğunu vurğulayıb. Uğur qazanmağın əsas amillərindən birinin savadlı gəncliyin yetişməsi olduğunu söyləyən nazir son illər Azərbaycanda təhsil sahəsinin inkişaf etdiyini də diqqətə çatdırıb.
İclasda çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Kanada Kral Hərbi Kollecinin siyasi elmlər departamentinin rəhbəri Pyer Yoliko Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra Forumun “Cənubi Qafqaz regionu Avropa ilə Asiyanın kəsişməsində” mövzusunda dördüncü panel iclası keçirilib. SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə şöbəsinin müdiri Vüsal Qasımlı iclasda məruzə ilə çıxış edərək Azərbaycanda gedən sürətli inkişafdan, bütün sahələrdə həyata keçirilən uğurlu islahatlardan, ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğıdan danışıb. O bildirib ki, Azərbaycan öz imkanlarından səmərəli istifadə edərək maddi kapitalı insan kapitalına çevirir. Diqqətə çatdırılıb ki, qeyri-neft sektorunun inkişafı dövlətin qarşısında duran prioritet məsələdir.
Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsinin dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasında rolundan danışıb.
Korvinus Universitetinin professoru, Macarıstanın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Andre Erdos və İlia Dövlət Universitetinin qonaq mühazirəçisi Aleksandr Murinson çıxışlarında vurğulayıblar ki, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, əlverişli nəqliyyat və digər kommunikasiya imkanlarına malik ölkə kimi tanınır. Qeyd edilib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolu var. Azərbaycan postsovet məkanında Qərb ilə enerji sahəsində əməkdaşlıq edən mühüm dövlətdir və dünyada etibarlı tərəfdaş kimi qəbul olunur.
Tədbirdə vurğulanıb ki, regionda sabitliyin təmin olunması, ölkələr arasındakı münasibətlərin dostluq əlaqələrinə söykənməsi iqtisadi əməkdaşlığın inkişafına da töhfə verir. Regionda sülh və sabitliyin təmin olunması üçün birgə əməkdaşlıq olduqca vacibdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Beləliklə ikigünlük Forum işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

