3-cü dəfə, 17-ci və İLK Zirvə...
08.07.2025 [10:42]
Azərbaycan həqiqətləri Xankəndidə səsləndirilib
İlham Əliyev: Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək
Bugünlərdə azad Xankəndi böyük coğrafiyanı əhatə edən, 10 ölkəni bir çətir altında birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO - İƏT) liderlərinin sayca 17-ci Zirvə görüşünə uğurla ev sahibliyi edib. Tədbirdə üzv dövlətlər arasında qarşılıqlı maraqlara əsaslanan inteqrasiyanın genişləndirliməsinə çağırışlar edilib və faydalı müzakirələr aparılıb. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında dünyada ölkəmizə artan marağı nəzərə almaqla bir sıra mühüm mesajlar verib, Azərbaycanın həqiqətlərini və ardıcıllıqla həyata keçirdiyi siyasətin prioritetlərini beynəlxalq birliyin diqqətinə çatdırıb.
Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var
Son illərdə Azərbaycan beynəlxalq dialoq məkanına çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ayrı-ayrı beynəlxalq təşkilatlar ölkəmizin nümunəvi inkişaf modelini, uzunmüddətli sabitliyi, cəmiyyətin tolerantlığını və bu kimi digər məqamları nəzərə almaqla özlərinin mühüm tədbirlərini Azərbaycanın ev sahibliyi ilə keçirilməsinə qərar verirlər. Həmişə dialoqa, əməkdaşlığa, qlobal həmrəyliyə açıq olan respublikamız isə ev sahibliyi etdiyi tədbirlərə yüksək səviyyədə hazırlaşır və bir qayda olaraq yeni standartlar müəyyənləşdirir. Bu standartlar sonradan dünya səviyyəsində qəbul olunur.
Bu baxımdan ECO-nun 17-ci Zirvə görüşü də istisna olmayıb. Azərbaycan bundan əvvəl 2006-cı və 2012-ci illərdə olmaqla qurumun Zirvə görüşlərinə ev sahibliyi edib. Xankəndidə baş tutan tədbir çərçivəsində Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi təşkil olunub. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu keçirilib.
Bunlar, necə deyərlər, təşkilati məsələlərdir və Azərbaycanın məsuliyyətini növbəti dəfə nümayiş etdirib. ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirlməsinin siyasi önəmi isə daha böyükdür. Bununla bağlı fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “... Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim”.
Bəli, bir vaxtlar qarşıdurmanın mərkəzi olmuş Qarabağ bu gün sülhə əsaslanan inteqrasiya məkanına, Avrasiya dialoqunun siyasi mərkəzinə çevrilməkdədir. Bildirildiyi kimi, Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan keçmiş Dağlıq Qarabağ münaqişəsi uzun müddət öz həllini tapmayıb. Eyni zamanda, Azərbaycan dövləti və xalqı Ermənistanın torpaqlarımızın 20 faizini işğal altına alması faktı ilə heç vaxt barışmayıb, üç onillik ərzində tarixi ədalətin bərpa olunmasına, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə böyük səy göstərib. “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar”.
İşğalçı dövlət cəzalandırılmalı idi və bunu Azərbaycan Vətən müharibəsində etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında ağır məğlubiyyətə uğradaraq 300-dən çox şəhər və kəndi işğaldan azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Azərbaycana vurulmuş 150 milyard ABŞ dolları məbləğində zərər
Özlərini dünyaya heç bir əsas olmadan “mədəni xalq” kimi təqdim etməyə çalışan ermənilər 30 illik işğal illərində havadarlarının köməyi ilə öz nəzarətləri altında saxladıqları ərazilərimizdə vəhşi, sivilizasiya görməmiş tayfalara xas olan davranışlar sərgiləməklə misli görünməmiş dağıntılar törədiblər. Həmin illərdə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb. İşğal dövründə ermənilər mədəni və dini abidələrimizi yer üzündən silməyə çalışıblar. 67 məsciddən 65-i onlar tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Hətta qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.
Mina terroru da Ermənistanın bitib-tükənməyən ağır müharibə cinayətlərinin siyahısına daxildir. Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Daha bir mühüm məqam ondan ibarətdir ki, rəsmi İrəvan minalanmış ərazilərin səhih xəritələrini hələ də Azərbaycana verməkdən yayınır...
“Böyük Qayıdış” Proqramı uğurla icra edilir
Vətən müharibəsi başa çatdıqdan sonra ermənilər və onların havadarları xəbərlər yayırdılar ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri bərpa etməyə heç vaxt gücü çatmayacaq. Ancaq Azərbaycan dövləti bəhs olunan ərazilərin bərpasına müharibədən sonra vaxt itirmədən başlamaqla ökəmizin, xalqımızın bədxahlarını növbəti dəfə məyus etdi. Yeni starteji mərhələdə “Böyük Qayıdış” ölkəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək əzmindədir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Proqram çərçivəsində işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu, şəhər və kəndlərin bərpası, əhalinin məskunlaşdırılması, yeni iş yerlərinin yaradılması və digər istiqamətlərdə böyük həcmli işlər reallaşdırılır. İndiyədək proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. Dövlət Proqramının uğurla həyata keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”.
“Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. “Böyük Qayıdış” strategiyası perspektivdə də eyni ardıcılıqla davam etdiriləcək. Xatırladaq ki, Azərbaycan Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli ərəncamı ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmış Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli sərəncamına əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiq edilib.
Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması böyük əhəmiyyət kəsb edir
Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildikdən sonra Azərbaycan dövlətinin və cəmiyyətinin əsas ümummilli ideyalarından biri zamanında Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən - red.) zorla qovulmuş soydaşlarımızın tarixi yurd yerlərinə ləyaqətli qayıdışına nail olmaqdan ibarətdir. Bu ideya məhz Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilib. Xatırladaq ki, 1989-cu ildə yaradılan və Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyəti, dövlətimizin başçısının tövsiyəsi ilə 2022-ci ildə Qərbi Azərbaycan İcması (QAİ) adı ilə yenidən təşkil edilib. Bu addım, tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc və təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaradan “Qayıdış Konsepsiyası”nın hazırlanmasına zəmin formalaşdırıb. Eyni zamanda, Prezident İlham Əliyevin liderliyi sayəsində İcmanın hazırladığı sənədlər qısa müddətdə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəsmi sənədlər kimi təqdim edilib.
Qeyd edək ki, soydaşlarımızın tarixi yurd yerlərindən qovulması bir neçə mərhələdə reallaşdırılıb. Bu baxımdan XX yüzillik xüsusilə faciəvi olub. Belə ki, bir əsrdə 4 dəfə-1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. “Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk”, - deyə Prezident İlham Əliyev bildirib.
Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Dövlətimizin başçısı vurğulayıb ki, Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək. Öz növbəsində QAİ Zirvə görüşündə Qərbi Azərbaycandan olan soydaşlarımıza verdiyi növbəti dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. Qurum bununla bağı bəyanat yayıb. Vurğulanır ki, sözügedən mötəbər formatda Qərbi Azərbaycan məsələsinin qaldırılması Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına beynəlxalq dəstəyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. “Qərbi Azərbaycan İcması qayıdış məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəliyə gətirməsinə və bu məsələyə beynəlxalq aləmin birmənalı dəstəyini təmin etməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edir”, - deyə bəyanatda qeyd olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Gündəm
20 Yanvar 20:35
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

