Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP təşviqat kampaniyasını sonadək yüksək fəallıqla aparacaq

YAP təşviqat kampaniyasını sonadək yüksək fəallıqla aparacaq

17.09.2013 [09:25]

Əli Əhmədov: Birmənalı şəkildə hesab edirik ki, Prezident İlham Əliyev çox böyük fərqlə seçkilərdə qalib gələcək
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov prezident seçkiləri kampaniyasının təşviqat-təbliğat mərhələsinin başlanması ilə əlaqədar mətbuat konfransı keçirib. YAP İcra katibinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası prezident seçkiləri kampaniyasına kifayət qədər ciddi hazırlaşıb və təşviqat kampaniyası da partiya tərəfindən yüksək fəallıq şəraitində həyata keçiriləcək. Onun sözlərinə əsasən, YAP-ın prezident seçkiləri kampaniyasında istinad etdiyi əsas və həlledici resurs Azərbaycan seçicilərinin Prezident İlham Əliyevə dərin inamı və etimadıdır: “Bu inam və etimad dövlət başçısının rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanda həyata keçirilən möhtəşəm uğurlara və inkişafa əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı ölkəmizin simasını, cəmiyyətimizdəki münasibətləri yeniləşdirir, bütövlükdə Azərbaycan yeniləşir, dəyişir. Təbii ki, Azərbaycan vətəndaşlarının da həyatında çox ciddi müsbət dəyişikliklər baş verir. Azərbaycan vətəndaşları birmənalı şəkildə bu uğurları yüksək qiymətləndirirlər, bu inkişafın müəllifi olan Prezident İlham Əliyevi dəstəkləyirlər. Bununla da, vətəndaşlarımız gələcəkdə növbəti 5 ildə ölkəmizi gözləyən uğurlara inamlarını ifadə edirlər. Hesab edirəm ki, kifayət qədər ciddi olan bu resursun əsasında YAP Prezident İlham Əliyevin seçki kampaniyasını yüksək səviyyədə keçirəcək və nəticə də uğurlu olacaq”.
YAP Sədrinin müavini bildirib ki, YAP böyük insan resurslarına da malikdir. Əli Əhmədovun sözlərinə görə, bu partiyanın sıralarında olan 600 min nəfər deyil, baxmayaraq ki, bunun özü də kifayət qədər ciddi rəqəmdir, eyni zamanda, Prezident İlham Əliyevin siyasətini dəstəkləyən və Onun seçki kampaniyasında yaxından, fədakarcasına iştirak etmək istəyən çoxlu sayda Azərbaycan vətəndaşları vardır.
Əli Əhmədovun sözlərinə görə, YAP-ın böyük təşkilati resursları da var. YAP-ın Azərbaycanın hər bir bölgəsində yerli strukturları mövcuddur. Onlar seçki kampaniyasının həyata keçirilməsinə səfərbər ediliblər. Seçki kampaniyasına start verilən gün YAP fəalları fədakarcasına müəyyən edilmiş yerlərdə ilk olaraq Prezidentimizin plakatlarını yerləşdiriblər, bu işə səhər tezdən başlanılıb. İndi Azərbaycanın ayrı-ayrı yerlərində müəyyənləşdirdiyimiz təbliğat qrupları təşviqat kampaniyasını həyata keçirir, müxtəlif formalı aksiyalar keçirirlər. Bu fəallıq təşviqat kampaniyasının sonuncu gününədək davam etdiriləcək. Hesab edirik ki, Azərbaycan cəmiyyətində yüksək seçki əhval-ruhiyyəsi vardır. Builki seçkilər Azərbaycanın müasir tarixinə böyük bir hadisə kimi daxil olacaqdır. Bildiyimiz kimi, builki prezident seçkilərində iştirak etmək istəyən 10 nəfərin namizədliyi Mərkəzi Seçki Komissiyasında qeydə alınıb.
YAP Sədrinin müavini deyib ki, partiya seçkilərdə iştirak edən bütün namizədlərə hörmətlə yanaşır: “Eyni zamanda, ən başlıca resurs olan etimad resursu baxımından YAP-ın namizədi Prezident İlham Əliyevin böyük şansını, həlledici üstünlüyünü qeyd etməmək mümkün deyil. Lakin bu amil bizi arxayınlaşdırmır, hər zaman olduğu kimi ciddilik, məsuliyyət bütün seçki kampaniyası dövründə partiyamızın fəaliyyətində müşahidə olunacaqdır”.
Əli Əhmədovun sözlərinə əsasən, YAP hər seçki kampaniyası dövründə yeniliklərdən istifadə edir və bunu seçki texnologiyasının vacib elementi hesab edir. Partiya budəfəki seçki kampaniyasında yeni informasiya texnologiyalarından, sosial şəbəkələrdən geniş istifadə etmək yolunu tutub. Bu çərçivədə müxtəlif layihələr həyata keçirilir, gənclər bu işə geniş cəlb olunur. “Qeyd edim ki, artıq dövlət başçısının plakatlarının yerləşdirilməsi ilə bağlı məlumatların sosial şəbəkələrdə geniş paylaşılması da bunun göstəricilərindən biridir. Bununla yanaşı, YAP-ın saytında seçki təbliğatını əks etdirən “İlhamla irəli” adlı keçid səhifəsi yaradılıb. Bu, həm də seçki kampaniyamızın ümumi devizidir. Həmin səhifədə seçki xəbərləri, Prezident İlham Əliyevin ölkəmizin inkişafı, gələcək perspektivləri ilə bağlı çıxışlarından seçmələr yerləşdiriləcək. Eyni zamanda, “İlham Əliyevi dəstəkləyirəm” rubrikası altında video çarxlar yerləşdiriləcək. Burada Azərbaycanın tanınmış, hörmətli insanları, sıravi vətəndaşlar, gənclər ölkə əhalisinin ayrı-arı zümrələrinin nümayəndələri Prezident İlham Əliyevi dəstəkləmək barəsində qısa şəkildə fikirlərini səsləndirəcəklər. Bu və bir sıra digər tədbirlər YAP-ın təşviqat kampaniyası dövründə istifadə etmək istədiyi yeniliklər hesab oluna bilər. Hesab edirəm ki, bu üsullar seçki təbliğatının Azərbaycanda hər bir ailəyə çatmasına imkan verəcək” - deyə, YAP Sədrinin müavini qeyd edib.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Əli Əhmədov bildirib ki, son 10 ildə Prezident İlham Əliyev Azərbaycanın bölgələrinə 300 dəfədən artıq səfərlər edib. Bu illər ərzində dövlət başçısı hər bir rayonda dəfələrlə olub. Orta hesabla, Prezident İlham Əliyev Azərbaycanın rayonlarına il ərzində 30-dan çox səfər edir. Hələ Bakıda keçirilən müxtəlif obyektlərin açılışındakı iştirakı və digər səbəblərlə bağlı çoxsaylı görüşləri də buraya əlavə etmək olar. Bütün bunlar ondan xəbər verir ki, Prezident İlham Əliyev seçicilərlə, vətəndaşlarla intensiv şəkildə görüşən və bu işə böyük enerji və vaxt sərf edən azsaylı dövlət başçılarından biridir. Bu səfərlər həm müəyən səbəblərlə əlaqəlidir, həm də dövlət başçısının qarşıdan gələn prezident seçkilərində xalqa mesajlarını özündə əks etdirir. Dövlət başçısı qarşıdan gələn 5 ildə hansı işlərin görüləcəyi barədə istəklərini, mövqeyini açıqlayır. Beləliklə, Prezident İlham Əliyev insanlarla kifayət qədər təmasda olur, onları dinləyir, mesajlarını çatdırır. Ona görə də, hesab edirik ki, seçki kampaniyası dövründə belə görüşlərin keçirilməsinə ehtiyac oxdur. Prezident İlham Əliyev seçki üçün, seçilmək üçün insanlarla görüşmür, Onun vətəndaşlarla görüşünün hədəfi seçkilər deyil, bu səfərlər və görüşlər insanlara, dövlətə xidmət etmək məqsədi daşıyır.
Seçkilərin nəticələrinin proqnozlaşdırılması ilə bağlı suala cavabında YAP Sədrinin müavini qeyd edib ki, bu vaxtadək Azərbaycanda keçirilən rəy sorğuları vətəndaşların 75-80 faizinin Prezident İlham Əliyevi dəstəklədiyini ortaya çıxarıb: “Bütövlükdə reallıq da sorğularda əks olunan rəqəmlərin dəqiqliyini göstərir. Birmənalı şəkildə hesab edirik ki, Prezident İlham Əliyev çox böyük fərqlə seçkilərdə qalib gələcək”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1093 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31