/ / Dünyanın tanınmış beyin mərkəzi Azərbaycanın son 10 illik inkişafını təhlil edən “Azərbaycanın regional lider kimi yüksəlişi: inkişaf və davamlılıq” adlı hesabat yayıb
Dünyanın tanınmış beyin mərkəzi Azərbaycanın son 10 illik inkişafını təhlil edən “Azərbaycanın regional lider kimi yüksəlişi: inkişaf və davamlılıq” adlı hesabat yayıb
14.09.2013 [15:53]
2013-cü il sentyabrın 12-də Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi tərəfindən hazırlanan və Azərbaycanın son illik dövr ərzində keçdiyi inkişaf yolunu təhlil edən “Azərbaycanın regional lider kimi yüksəlişi: inkişaf və davamlılıq” adlı hesabat yayılıb.
AzərTAc xəbər verir ki, Mərkəzin eksperti Georgia Çantzinin müəllifi olduğu hesabatda son 10 ildə Azərbaycanın sürətli inkişaf yolu keçdiyi, siyasi, iqtisadi və sosial sahələrdə ciddi uğurlar əldə edildiyi qeyd olunur. Vurğulanır ki, Azərbaycan MDB ölkələri sırasında inkişaf və rəqabətqabiliyyətlilik, yoxsulluğun aradan qaldırılması və adambaşına düşən ümummilli gəlirin artımı göstəricilərinə görə ciddi irəliləyişlər əldə edib, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “İnsan inkişafı indeksi”nə görə 2005-2011-ci illər ərzində 25 pillə irəliləyərək yüksək insan inkişafı ölkələri qrupu sırasına qoşulub. Həmçinin qeyd edilir ki, Dünya İqtisadi Forumunun son “Qlobal rəqabətqabiliyyətlilik 2013-2014” reytinqinə əsasən, Azərbaycan dünya ölkələri sıralamasında 39-cu mövqeyə yüksəlib. 2008-2009-cu illər dünya maliyyə böhranı zamanı bir çox ölkələr ciddi iqtisadi çətinliklər qarşısında qalsalar da, Azərbaycan müsbət iqtisadi inkişaf trendini qoruyub saxlayıb və hazırda yuxarı orta gəlirli ölkələr sırasına qoşulub.
Hesabatda Azərbaycanın dünyadakı bir çox ən önəmli beynəlxalq təşkilatlarda təmsil edildiyi, BMT-yə yeni üzv olmuş (təşkilata 1991-ci ildən sonra daxil olmuş) postsovet ölkələri sırasından qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş ilk dövlət kimi tarixə düşdüyü vurğulanır. Müəllif qeyd edir ki, “əksər postsovet ölkələrinin ciddi daxili iqtisadi və siyasi böhranların qarşısını almaq naminə yenidən Rusiyanın çətiri altına keçmək dilemması ilə qarşı-qarşıya qaldığı bir dövrdə Azərbaycan regional və beynəlxalq səviyyədə davamlı və müstəqil inkişafın uğurlu nümunəsi olub, regionda öz mövqelərini gücləndirib”.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəyə enerji gəlirlərinin axmağa başladığını qeyd edən müəllif vurğulayır ki, “bununla da Azərbaycan daxili transformasiya dövrünə qədəm qoyub, iqtisadi və siyasi sabitlik təmin edilib, dövlət quruculuğu prosesinə başlanılıb və beləliklə, ölkədəki gələcək uğurlu inkişafın əsasları qoyulub”.
1999-cu ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə neft gəlirlərinin toplanılması, səmərəli şəkildə idarə edilməsi və gələcək nəsillərə çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılıb. 2013-cü il yanvar ayı üçün Fondun aktivləri 34 milyard ABŞ dollarına çatıb.
Sonrakı dövrdə iqtisadiyyatı şaxələndirməyi və qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşısına məqsəd qoyan rəsmi Bakı tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilib, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və turizm iqtisadiyyatın yeni prioritet sahələri elan edilib.
Hesabatda qeyd edilir ki, nəqliyyat sahəsində Azərbaycan öz əlverişli coğrafi mövqeyindən istifadə etməklə Avrasiyanın mərkəzində, Avropa ilə Asiya arasında önəmli ticarət dəhlizinə çevrilmək istəyir. Bu sahədə artıq bir sıra layihələrin icrasına başlanılıb, ölkənin nəqliyyat infrastrukturunun yenidən qurulmasına və inkişafına, eləcə də nəqliyyat sahəsində qanunvericiliyin mükəmməlləşdirilməsinə yönəlik siyasət həyata keçirilib. Müəllif hazırda nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, Ələt Beynəlxalq Dəniz Limanının tikintisi və Bakı Beynəlxalq Aeroportunun genişləndirilməsi kimi strateji əhəmiyyətli layihələrin reallaşdırılmaqda olduğunu vurğulayır.
Hesabata əsasən, informasiya və kommunikasiya texnologiyaları Azərbaycan üçün yeni sahə olsa da, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması və gücləndirilməsinə diqqət artırılıb, təhsil müəssisələrinin kompyuterləşdirilməsi və internetə çıxışının təmin edilməsi həyata keçirilib, eləcə də dövlət orqanlarında bir çox xidmətlərin elektron qaydada göstərilməsinə başlanılıb. 2013-cü il Azərbaycanda “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan edilib, eyni ildə Azərbaycanın ilk süni peyki orbitə buraxılıb.
Hesabatda, həmçinin deyilir ki, genişlənən iqtisadi imkanlarından istifadə edən Azərbaycan istər daxili, istərsə də xarici investisiyaların həcmini artırıb. Ölkədə 1990-cı illərdə xarici investisiyalar daxili investisiyaları üstələsə də, hazırda bu balans daxili investisiyaların xeyrinə dəyişib. Azərbaycanın ətraf regionlarda ciddi investisiya layihələrini reallaşdırdığını qeyd edən müəllif Türkiyədə “Petkim” şirkətinin özəlləşdirilməsi və 5 milyard ABŞ dolları məbləğində investisiya ilə yeni neft emalı zavodunun tikintisi, Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın səhmlərinin 66 faizinin satın alınması, Gürcüstana irihəcmli yatırımların qoyulması kimi gələcəyə hesablanmış strateji investisiya layihələrindən bəhs edir.
Təhlil edilən dövr ərzində insan inkişafı və sosial transformasiyanın dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığı qeyd edilən hesabatda adambaşına düşən nominal milli gəlirin 2002-2012-ci illər ərzində 720 ABŞ dollarından 7490 ABŞ dollarına yüksəldiyi, yoxsulluğun aradan qaldırılması sahəsində ciddi uğurların qazanıldığı deyilir. Gənclərin öz potensiallarını reallaşdırması üçün yüksək səviyyəli təhsilin önəminin nəzərə alındığını qeyd edən müəllif vurğulayır ki, “təhsil sahəsinə ciddi yatırımlar edilib, Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib”.
Azərbaycanın 1918-ci ildə qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olduğunu xatırladan müəllif 1990-cı ildə parlamentin tərkibinin cəmi 4,3 faizinin qadınlardan ibarət olduğu halda bu rəqəmin 2010-cu il seçkilərindən sonra 16 faizə yüksəldiyini, ölkədəki bələdiyyə üzvlərinin isə ümumilikdə 30 faizinin qadınlardan ibarət olduğunu vurğulayır.
Hesabatda ölkədə insan haqları, təhsil, qadın haqları, mədəniyyət, gənclər və s. sahələr daxil olmaqla təxminən 25 müxtəlif istiqamətdə fəaliyyət göstərən, qeydə alınmış 3000 qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyi bildirilir və bu təşkilatların vətəndaş cəmiyyətinin formalaşdırılmasındakı əhəmiyyətini nəzərə alan dövlətin onların layihələrinin maliyyələşdirilməsinə yardım göstərdiyi diqqətə çatdırılır.
Hesabatda deyilir ki, dövlət quruculuğu sahəsində bürokratiya və qeyri-effektiv idarəetməyə qarşı mübarizə çərçivəsində bir tərəfdən antikorrupsiya, vergidən yayınma və kölgə iqtisadiyyatı əleyhinə qanunlar qəbul edilib, digər tərəfdən müəllifin xüsusilə vurğuladığı kimi, “dövlət idarəçiliyində müxtəlif strukturların modernləşdirilməsi və Qərb standartlarına uyğunlaşdırılması istiqamətində islahatlar aparılıb”. Dövlət idarəçiliyində islahatlardan danışarkən müəllif ASAN xidmətin fəaliyyətinə xüsusilə müsbət qiymət verir.
Hesabatın sonunda qeyd edilir ki, Azərbaycanda yaxınlaşmaqda olan prezident seçkiləri beynəlxalq mətbuatın və ekspertlərin diqqətini ölkəyə cəlb etməkdədir. Müəllifin fikrincə, son iyirmi, xüsusən də 2003-2013-cü illəri əhatə edən son on illik dövr ərzində siyasi, iqtisadi və sosial sahədə əldə edilmiş inkişafın nəticələrinin təhlili prezident seçkilərinin mümkün nəticələri barədə də ehtimallar irəli sürməyə imkan verir: “Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gələcəyə hesablanmış hərtərəfli inkişaf strategiyası Ona parçalanmış və qeyri-mütəşəkkil müxalifət üzərində üstünlük verir və buna əsaslanaraq qarşıdakı illərdə Azərbaycanda mövcud siyasi sabitlik və iqtisadi inkişaf xəttinin davam edəcəyini söyləmək olar”.
Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin internet səhifəsində yerləşdirmiş hesabatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
http://www.icbss.org/index.php?pid=197&cid=14
http://icbss.org/media/1018_original.pdf
Qeyd edək ki, Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi həm müstəqil beyin mərkəzi, həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının bir qurumu olmaqla istər mərkəzi ofisinin yerləşdiyi Yunanıstanda, istərsə də geniş Qara dəniz regionunda ən nüfuzlu və təsirli beynəlxalq beyin mərkəzlərindən biri hesab edilir.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

