Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında hüquqi əlaqələr inkişaf edir
18.09.2013 [09:32]
Sentyabrın 17-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Məhkəmələrinin baş direktoru Əhməd Səid bin Həziminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini vurğulayan nazir 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı imzalanmış hüquqi yardım və ekstradisiya haqqında mühüm dövlətlərarası müqavilələrin və Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hüquqi sahədə əlaqələrin inkişafında rolunu qeyd edib.
Həmçinin son illər respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə görülən genişmiqyaslı islahatlardan danışılıb, Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində BƏƏ-yə tanışlıq səfəri edilərək Dubay Əmirliyinin məhkəmə sahəsindəki müsbət təcrübəsindən bəhrələnildiyi bildirilib.
Birləşmiş Ərəb Əmirliyi üçün yaxın dost ölkə olan Azərbaycanın məhkəmə-hüquq sistemindəki yüksək nailiyyətləri barədə məlumatlı olduğunu bildirən qonaq qeyd edib ki, hüquqi sahədə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi Dubay Əmirliyinin əsas prioritetlərindən biridir və səfərin məqsədi ölkəmizin məhkəmə sahəsində müsbət təcrübəsi ilə tanış olmaqdır. O, həmçinin məhkəmə orqanları arasında yenicə imzalanmış İşçi Proqramın əlaqələrimizin inkişafına böyük təkan olacağını vurğulayıb.
Söhbət zamanı qonaqların diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.
Görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Elə həmin gün BƏƏ-nin nümayəndə heyəti məhkəmə sistemindəki nailiyyətlərə böyük maraq göstərərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yeni müasir binası ilə tanış olub, yaradılmış yüksək şəraiti, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini təqdir edib.
Səfər çərçivəsində qonaqların bölgələrdə yerli ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25

