Türkiyə eksperti: Zəngəzur dəhlizi Azərbaycana potensialını açmağa imkan verəcək
16.08.2025 [23:15]
Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşündə əldə olunan razılaşmalar rəsmi Bakının regional ticarət də daxil olmaqla mövqeyini gücləndirir, həmçinin Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyi gücləndirir.
AZƏRTAC xəbər verir ki, bu fikri “Sabah” qəzetində Türkiyənin Uludağ Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mehmet Yüce söyləyib.
Onun sözlərinə görə, Ağ evdə səslənən bəyanatlar Azərbaycanın regional logistika və enerji qovşağı kimi potensialını üzə çıxarmağa imkan verir. “Azərbaycan Zəngəzur dəhlizi ilə tranzitdən əhəmiyyətli gəlir əldə etməyə başlayacaq. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına, o cümlədən respublikanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoyuluşu üçün yeni imkanlar açılacaq”, -deyə türkiyəli ekspert yazıb. O, Azərbaycanın qeyri-neft sektorunu "Qərb investisiyalarının cəlb edilməsi üçün ciddi sahə" adlandırıb.
Ekspert əlavə edib: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütün regionun, o cümlədən Ermənistanın iqtisadiyyatı üçün təkan olacaq. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya Cənubi Qafqazda qüvvələr balansını kökündən dəyişəcək”.
M.Yüce avqustun 8-də Qərbin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin nəticələrini rəsmən tanıdığını vurğulayıb.
Vaşinqton görüşünün Türkiyə üçün nəticələrinə toxunan Uludağ Universitetinin professoru Zəngəzur dəhlizinin açılmasının Ankaranın mövqeyinə heç bir mənfi təsir etməyəcəyinə diqqət çəkib. “Əksinə, Türkiyə mövqelərini gücləndirərək Orta Asiyanın türk ölkələrinə çıxış əldə edir”, -deyə o qeyd edib.
Professor Zəngəzur dəhlizinin açılmasını istəməyən qüvvələrin İrəvana və Bakıya təzyiqləri ilə bağlı riskləri də diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

