“Prezidentin 20 ən böyük uğuru” kampaniyası çərçivəsində yeni posterlər təqdim olundu
24.09.2013 [09:31]
“Ağ Yol” Vətəndaş Hərəkatı bir neçə gündür ki, “Prezidentin 20 ən böyük uğuru” adlı kampaniyaya start verib.
“Milli.Az” bildirir ki, kampaniya çərçivəsində Prezident İlham Əliyevin 10 il ərzində tarixə yazdığı 20 ən böyük uğuru haqqında posterlər hazırlanır və geniş cəmiyyətə keçmiş sovetlər məkanının ən böyük “Facebook” qrupu olan 540.000 minlik “Ağ Yol” qrupu, 129.000 minlik “Ağ Yol” “Facebook” səhifəsi vasitəsilə təqdim edilir.
Birinci uğur:
Azərbaycan 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Ölkəmiz tarixi uğur qazanaraq dünya siyasətinin müəyyənləşməsində iştirak etməyə başladı, qlobal proseslərin aktoruna çevrildi.
İkinci uğur:
Azərbaycanda kosmik sənayenin yaradılması və “Azərspace-1” peykinin orbitə buraxılması Prezident İlham Əliyevin qlobal səviyyəli uğurlarından biridir. “Azərspace-1”in hazırlanması və orbitə buraxılması təkcə Azərbaycanda yox, bütün dünyada diqqəti cəlb edən bir hadisəyə çevrildi.
“Azərspace-1” peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Bu peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsini, eləcə də keyfiyyətli və dayanıqlı rabitə platformalarını təmin edəcək.
Peykin resurslarının 80 faizi dünya bazarlarına ixrac ediləcək ki, bu da ölkəmizə xeyli maddi gəlir gətirəcək. Respublikamızın siyasi qazancı isə daha çox olacaq.
Üçüncü uğur:
Prezident İlham Əliyevin rəhbərliyi altında son on ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə, işsizlik 5 faizə enib. Azərbaycanda müasir iqtisadi və sosial infrastruktur yaradılıb. Ölkənin enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunub. Azərbaycanın icmal büdcəsinin xərcləri 13 dəfə artaraq 1,5 milyard manatdan 20 milyard manata çatıb. 2003-cü ildə 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları artıq 50 milyard dollara yüksəlib. 1.2 milyon yeni iş yeri yaradılıb. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilib istifadəyə verilib. Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub, ölkəmiz iqtisadiyyatın rəqabətə davamlılığına görə, dünyada 39-cu yeri tutub.
Dördüncü uğur:
Tarixdə ilk dəfə olaraq 1-ci Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Bu qərar Azərbaycanın dünyada olan nüfuzunun və beynəlxalq aləmin ölkəmizə verdiyi böyük önəmin bariz nümunəsidir. Vətənini sevən hər bir Azərbaycan vətəndaşı bu nailiyyətdən iftixar hissi duyur. Bu oyunlara ciddi hazırlıq tədbirləri çərçivəsində yeni idman kompleksləri, mehmanxanalar tikilir. Mövcud idman komplekslərinin bəzilərində yenidənqurma işləri həyata keçirilir. Bu hazırlıqlar Bakının daha da gözəlləşməsinə öz təsirini göstərməkdədir. Bakı dünya səviyyəli idman yarışlarını qəbul edən paytaxta çevrilib.
“Ağ Yol” Vətəndaş Hərəkatından verilən məlumata görə, kampaniyaya yeni posterlər də əlavə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

