/ / Üçüncü Bakı Beynəlxalq kitab sərgi – yarmarkası çərçivəsində “Heydər Əliyevin elmi irsi” kitabının təqdimatı olub
Üçüncü Bakı Beynəlxalq kitab sərgi – yarmarkası çərçivəsində “Heydər Əliyevin elmi irsi” kitabının təqdimatı olub
24.09.2013 [09:32]
Sentyabrın 23-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən və Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş III Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun “Heydər Əliyevin elmi irsi” ikicildliyinin təqdimatı olub.
AzərTAc xəbər verir ki, “Şərq-Qərb” nəşriyyatı direktorunun müavini Rafiq Kazımov Ulu öndərin xatirəsinə həsr olunmuş kitabın məziyyətindən söz açıb. Bildirib ki, professor Z.Qaralovun bu dəyərli əsəri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə sanballı töhfədir. R.Kazımov kitabda Heydər Əliyev siyasətinin fəlsəfi mahiyyətini, elmi-nəzəri əhəmiyyətini xüsusi vurğulayıb.
Kitabın müəllifi, professor Zahid Qaralov Ümummilli lider Heydər Əliyevin əvəzsiz şəxsiyyət olmasından, respublikamızın inkişafında və dünyada tanınmasında, inkişafın Azərbaycan modelinin yaradılmasında Ulu öndərin əvəzsiz rolundan danışıb. O, eyni zamanda, Azərbaycan milli dövlətçiliyinin formalaşmasında, onun suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, ölkənin iqtisadi inkişafı sahəsində cari və uzunmüddətli layihələrin işlənib hazırlanmasında və həyata keçirilməsində dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib.
Alim bildirib ki, “Heydər Əliyevin elmi irsi” kitabı 1969-cu ildən bəri topladığı materiallar əsasında, son bir ildə tərtib olunub. Kitabı fərqləndirən cəhət ondan ibarətdir ki, burada Azərbaycanın yeni tarixində baş vermiş siyasi hadisə və proseslərə sadəcə olaraq xronoloji ardıcıllıqla deyil, elmi nöqteyi-nəzərdən yanaşılıb. Kitab Ümummilli lider Heydər Əliyevin yalnız elmi irsinin deyil, həmçinin Onun mənəvi, əxlaqi və dövlətçilik irsinin də öyrənilməsi baxımından əhəmiyyətli mənbədir. Əsərdə Ulu öndərin elmi irsi on beş istiqamət üzrə araşdırılıb.
Zahid Qaralov qeyd edib ki, son on ildə ölkədə həyata keçirilmiş islahatlar da kitabda əksini tapıb. Ulu öndərin siyasi kursunun məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətinə çevrilib. Ümummilli lider Heydər Əliyev siyasəti Azərbaycanı daha xoşbəxt gələcəyə aparır və buna görə də xalq daim Onun xatirəsini ehtiramla yad edəcək. Ziyalılarımız və elm adamlarımız Ulu öndərin irsini bundan sonra da araşdıracaq, yeni dəyərli əsərlər yaradacaqlar.
Müəllif qeyd edib ki, Ulu öndərin özünəməxsus iş üslubu, bilik və bacarığı, psixologiyası, hadisələrə yanaşma tərzi var idi. Onun yaradıcı təfəkkürünü təhlil edib elmi nəticələr əldə etmək mümkündür. Ümummilli lider Heydər Əliyev çox yüksək səviyyəli humanizmə, mənəvi keyfiyyətlərə malik bir dövlət xadimi idi. Onun heç vaxt şəxsi marağı olmayıb. Ömrü boyu ictimai və dövlət maraqlarının müdafiəsində dayanıb, xalqın mənafeyini qoruyub. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin bəşəri ideyalara, insanlığa xidmət etdiyi üçün əbədiyaşardır və xalqın xatirəsində daim müdrik şəxsiyyət kimi qalacaq.
Xəbər lenti
Hamısına baxSosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35

