Azərbaycanlı itkinlərin ailə üzvləri ilk dəfə BMT-də qəbul edilib
28.08.2025 [21:34]
2025-ci il avqustun 28-də “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyi ilə görüş keçirib.
İtkin ailələri BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsindən cavab gözləyir
Görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3990 nəfər Azərbaycan vətəndaşının itkin düşdüyünü, onlardan 6 nəfərinin 2020-ci ildə 44 günlük müharibə zamanı itkin düşdüyünü diqqətə çatdırıb. Onların içərisində 71 nəfər uşaq, 284 nəfər qadın, 316 nəfər ahıl şəxs olub. O, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin Azərbaycanda itkin ailələrini sıralarında birləşdirdiyini qeyd edərək, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin azərbaycanlı itkinlərin taleyinə aydınlıq gətirilməsi üçün səyləri artırmasının vacibliyini bildirib, onları itkin düşmüş Azərbaycan vətəndaşları barədə məlumatları təqdim etməsi üçün Ermənistana çağırış etməyə səsləyib: “30 ildən çoxdur ki, Ermənistan bu barədə heç bir məlumat vermir. Biz 2023-cü ilin avqustunda BMT-nin Baş katibinə, BMT Baş Assambleyasının prezidentinə, BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edərək yenə xahiş etdik ki, Ermənistana çağırış edilsin ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azərbaycan tərəfinə təqdim etsin. Bizə hələ cavab verilməyib. Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Biz hüquqlarımıza hörmətlə yanaşılmasını istəyirik”.
Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı Könül Behbudova 1 gün əvvəl atası vəfat etdiyi üçün bu toplantıya gəlməyin onun üçün çox çətin olduğunu da dilə gətirib: “Mənim atam 1992-ci ildə Zəngilanda itkin düşmüş oğlu Abbas Behbudovun həsrəti, nisgili, ağrısı ilə bu dünyadan köçdü. Mən onun hüzr mərasimini yarımçıq qoyaraq bura gəlmişəm ki, siz qardaşımın aqibəti barədə məlumat əldə etməkdə bizə köməklik edəsiniz. Bu, atamın ən böyük arzusu idi. Atam da minlərlə itkin ailəsinin illərdir gözləri yollarda qalan nümayəndələri kimi xəbər gözləyirdi”.
Ermənistan müharibə canilərini cəzalandırmır
Görüşdə itkin İlham Dadaşovun anası Elmira Dadaşova, itkin Şahin Əliyevin anası Mahuru Şahin, itkin Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, itkin Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, itkin Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova və “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin digər təmsilçiləri təəssüflə qeyd ediblər ki, Ermənistanda Azərbaycana qarşı müharibə cinayətləri törətmiş şəxslərdən hələ bir nəfər belə məsuliyyətə cəlb olunmayıb, əksinə, müxtəlif vaxtlarda Ermənistan cəmiyyətində onlardan saxta qəhrəman obrazları düzəldilib.
5 ildə 28 kütləvi məzarlıq
İtkin ailələrinin üzvləri diqqətə çatdırıblar ki, 2020-ci ildən ötən 5 il ərzində işğaldan azad edilmiş ərazilərdə 28 kütləvi məzarlığın aşkarlanması dəhşətli mənzərədir, insanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir. Xatırladılıb ki, bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib. I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşüb, heç birinin aqibəti bilinmir. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tələb edib ki, Ermənistan kütləvi məzarlıqlarla əlaqədar xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir.
Zədələnən inam
Məcburi Yoxaçıxmalar üzrə Komitədə görüş zamanı itkin ailələri Beynəlxalq Qırmızı Xaç Komitəsinin onların doğmalarından xəbər gətirəcəyinə inamlarının ciddi zədələndiyini qeyd ediblər.
BMT itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçi institutu yaratsın
Görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təmsilçiləri itkin düşmüş şəxslər probleminin qlobal mahiyyətli olduğunu, BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR - The Office of the High Commissioner for Human Rights) Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED - Committee on Enforced Disappearances) Katibliyinin nümayəndələri – Gabriela Guzman, Albane Prophette Pallasco görüşdəki müzakirələrdən müvafiq qeydlər götürdüklərini bildiriblər.
Qeyd edək ki, bu, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin müraciətlərinə BMT səviyyəsində baxılmasına dair ilk haldır.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23

