Milli mətbuatımızın böyük hamisi
28.09.2013 [11:09]
Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi
Xəbər verildiyi kimi, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “Jurnalistlərin dostu” mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirdiyi sorğunu yekunlaşdırıb. Sorğu qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirilib.
Ümumilikdə, 100 respondent-media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: “Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?”.
Sorğu anketinə üç şəxsin adını yazmaq imkanı olub. Rəyi soruşulanların yalnız 20 faizi sualı cavablandırarkən birdən artıq şəxsin adını qeyd edib. Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə Prezidenti İlham Əliyevdir. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib.
Qeyd edək ki, “RUH” AJMK-nın “Jurnalistlərin dostu” mükafatının təsisində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin yenidən “Jurnalistlərin dostu” seçilməsi təbiidir. Bu seçim ölkə Prezidentinin respublikamızda demokratiyanın, fikir plüralizminin dərinləşməsinə, azad mətbuatın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi qayğıya çoxsaylı mətbuat orqanlarının və media təmsilçilərinin verdiyi qiymət kimi dəyərləndirilir.
Çünki Azərbaycan dünyanın söz azadlığının yüksək səviyyədə qorunduğu, fikir plüralizmi prinsipinə hörmətlə yanaşılan dövlətlərindəndir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gəlişindən sonra ölkəmizdə söz və mətbuat azadlığının təmin olması istiqamətində mühüm addımlar atıldı. Ulu öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi, 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu. Ulu öndərin təşəbbüsü ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları silindi və s.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xoşməramlı siyasət nəticəsində bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrdəki durumla müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhmiyyətli rol oynayır. Respublikamızda internet azaddır, onun üzərində heç bir məhdudiyyət yoxdur.
Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında mətbuatın üzərinə düşən vəzifələrdən bəhs edir, eyni zamanda, onların icrasında dövlətin hər bir dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırır. Son 10 ildə dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafına xidmət edən addımlarına qısaca nəzər salaq. 2005-ci ildə “Əməkdar jurnalist” adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalanıb. Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident Təqaüdünə layiq görülməsi də atılan addımlar sırasındandır.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı, eləcə də, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi dövlət başçısının milli mətbuatımıza diqqət və qayğısının bariz nümunələrindəndir. Dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında əsas məqsəd məhz azad mətbuatı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.
Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi barədə Sərəncam imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addımı da atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Artıq cari il iyulun 22-də-Milli Mətbuat günündə Prezident İlham Əliyevin iştirakı ilə binanın açılışı oldu və jurnalistlər üçün tikiləcək daha bir yeni binanın təməli qoyuldu.
Bütün bunlar Prezident İlham Əliyevin jurnalistlərə və bütövlükdə milli mətbuatımıza göstərdiyi böyük qayğının ifadəsidir. Dövlət başçısının davamlı diqqəti sayəsində 138 illik şərəfli və zəngin tarixə malik Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsini yaşayır.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

