BMT-yə çağırış...
27.09.2025 [11:19]
BTQ-nin Nyo-York konfransında birgə bəyanat qəbul edilib
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu-York şəhərində yerləşən mənzil qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Fransanın Dənizaşırı əraziləri - Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, konfransda Bujivaldan sonrakı dövrdə Yeni Kaledoniya və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə addımların atılması ilə bir çox məsələlər müzakirə olunub və fikir mübadilələri aparılıb.
Birgə bəyanat qəbul olunub
Beynəlxalq konfrasın sonunda birgə bəyanat qəbul olunub. Bəyanatda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Baş Assambleyanın 1960-cı il 14 dekabr tarixli 1514 (XV) saylı “Müstəmləkə ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında” qətnaməsinin bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu təsbit etdiyi və müstəmləkəçiliyin bütün təzahürlərinin dərhal və qeyd-şərtsiz aradan qaldırılmasının vacibliyi vurğulanıb. Bundan başqa, bəyanatda Baş Assambleyanın 1541 (XV) saylı və 2625 (XXV) saylı qətnamələrinin əhəmiyyəti də diqqətə çatdırılıb - hər iki qətnamə bir ərazinin tam özünüidarəyə nail olub-olmadığını müəyyən edən prinsiplər və dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıqla bağlı beynəlxalq hüquq prinsiplərini özündə ehtiva edir. Eyni zamanda, bəyanatda Yeni Kaledoniyanın müstəqilliyi uğrunda həlak olanlar yad edilib. “Kanaki (Yeni Kaledoniya) 1986-cı ildən BMT tərəfindən özünü idarə etməyən ərazi kimi tanınıb və bununla da Fransa dekolonizasiya prosesini tamamlamaq üçün beynəlxalq öhdəlik götürüb. 1853-cü ildən etibarən xarici işğala qarşı davamlı müqavimət göstərmiş, fransız müstəmləkəçiliyi dövründə torpaqlarından məhrum edilmiş, ağır repressiyalara məruz qalmış Kanak xalqının mübarizəsinin qurbanlarını yad edirik. 1984-cü ildə müstəqillik qazanmaq üçün yaradılmış Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) həlledici mərhələdə olduğunu və BMT-nin dəfələrlə bu mübarizənin legitimliyini təsdiqlədiyini vurğulayırıq”, - deyə bəyanatda bildirilib. Bəyanatın sonunda BMT-yə Yeni Kaledoniyanın müstəqilliyinin təminatı istiqamətində addımlar atmağa çağırış edilib. “Biz BMT-ni, Dekolonizasiya üzrə Xüsusi Komitəsini və bütün üzv dövlətləri Fransanın Kanakinin dekolonizasiya prosesinə mane olmasını qınamağa, Kanakinin tam və qeyd-şərtsiz müstəqilliyini təmin etmək üçün səyləri gücləndirməyə çağırırıq”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

