/ / Azərbaycanın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasında atıcı və yüngül silahların tətbiqi və yayılması məsələlərinə dair bəyanat verib
Azərbaycanın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasında atıcı və yüngül silahların tətbiqi və yayılması məsələlərinə dair bəyanat verib
30.09.2013 [09:49]
Nyu-Yorkda BMT Baş Məclisinin 68-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov atıcı və yüngül silahların istifadəsi məsələlərinə dair bəyanatla çıxış edib.
BMT Təhlükəsizlik Şurasında Avstraliyanın sədrliyi dövründə atıcı və yüngül silahların istifadəsi məsələlərinə dair görülmüş işləri dəstəkləyən, sessiyada problemə dair məlumat verilməsinə görə BMT-nin baş katibinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin vitse-prezidentinə minnətdarlığını bildirən E.Məmmədyarov bu məsələnin müzakirə olunmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu, Təhlükəsizlik Şurasının münaqişə və postmünaqişə vəziyyətlərində atıcı və yüngül silahlardan istifadə olunması məsələlərinə dair qərarlarının səmərəliliyini qiymətləndirməyə, möhkəmləndirmə və reaksiyavermə metodlarını nəzərdən keçirməyə imkan verir. Bu da öz növbəsində müvafiq beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə təkan verəcək.
Diplomat vurğulayıb ki, atıcı və yüngül silahların qanunsuz yerdəyişməsi, pozucu akkumulyasiyası və düzgün tətbiq edilməməsi böyük problemlər, o cümlədən münaqişə və zorakılıq üçün şərait yaradır. Azərbaycan atıcı və yüngül silahların qanunsuz istehsalının, yerdəyişməsinin və dövr etməsinin, lazımsız akkumulyasiyasının və nəzarətsiz proliferasiyasının qarşısının alınmasına və aradan qaldırılmasına dair beynəlxalq təşəbbüs və metodları tam dəstəkləyir.
Bəyanatda deyilir ki, Azərbaycan yuxarıda deyilən məsələlər üzrə bütün öhdəlikləri yerinə yetirmək və məqsədə çatmaq üçün dövlət, regional və qlobal səviyyələrdə müvafiq tədbirlər görməyə davam edir.
Sonra E.Məmmədyarov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davamlı işğalının yaratdığı ciddi maneələrdən söz açıb. Beynəlxalq hüquq normalarını və üzvü olduğu təşkilatların müvafiq regional sənədlərinin bəndlərini pozan Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində hərbi potensialını artırmaqda davam edir. Atıcı, yüngül və adi silahlar beynəlxalq birliyin nəzarətində olmayan işğal edilmiş ərazilərə külli miqdarda daxil olmaqdadır.
Nazir sonda bildirib ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərində bu dövlətin atıcı və yüngül silahları, habelə digər adi silahları qanunsuz şəkildə yerdəyişməsi barədə beynəlxalq birliyi dəfələrlə məlumatlandırıb. Biz bütün dövlətlərə müraciət edərək, onları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, regionumuzda sülhün və tərəqqinin bərqərar olunmasına əngəl törədən belə qanunsuz hərəkətlərə yol verməməyə, onları pisləməyə və qarşısını almağa çağırırıq.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

