“Prezidentə dəstək - 2013” Facebook qrupu: yolumuza davam edirik!
02.10.2013 [10:20]
Bir neçə ay bundan əvvəl “www.newtimes.az” analitik-informasiya portalı Prezident İlham Əliyevə Facebook-da dəstək qrupunu (https://www.facebook.com/groups/ 331055150336195/) yaratmaq təşəbbüsü ilə çıxış etdi. Bu addımı ölkəmizin minlərlə sakini alqışladı. Keçən müddət ərzində portalın elektron poçtuna səsimizə səs verənlərin dəstək ifadə edən mesajlarının axını oldu. Artıq bu proses böyük bir hərəkata çevrilmişdir.
Ötən müddətdə yalnız Bakı şəhəri üzrə bu qrupa 300 min üzv qəbul olunub. Bu nəticəyə heç bir təbliğat işi aparılmadan, ancaq qrup üzvlərinin və onların dostlarının fəallığı nəticəsində nail olunmuşdur. Onu nəzərə almaq lazımdır ki, biz digər sosial şəbəkələrdə rast gəlinən xüsusi “cəlbetmə proqramı”ndan istifadə etmirik. İnsanlar yalnız könüllülük əsasında, özlərinin təşəbbüsü ilə “Prezidentə dəstək-2013” Facebook qrupuna daxil olurlar. Bütün bunlara görə qrupun üzvlərinə dərin təşəkkürümüzü bildiririk.
Etiraf etmək lazımdır ki, vətəndaşların dövlət başçısına dəstək vermək arzusu kifayət qədərdir. Onların sırasında Facebook-da əhalinin digər təbəqələri ilə müqayisədə fəallığı ilə seçilən gənclərin üstünlük təşkil etməsi təsadüfi deyil. Prezident fəaliyyətində Azərbaycan gənclərinə böyük diqqət yetirir, onların sosial-iqtisadi problemlərinin həll edilməsi üçün ciddi addımlar atır. Məhz bu səbəbdən gənclər Prezident İlham Əliyevin növbəti 5 il müddətində də ölkəyə rəhbərlik etməsinə səs verməyə hazırdırlar.
“www.newtimes.az” portalının həyata keçirdiyi bu layihə bütövlükdə cəmiyyətdə mövcud olan sosial əhval-ruhiyyə haqqında müəyyən təsəvvür əldə etməyə imkan yaradır. Azərbaycan vətəndaşları siyasətçidən konkret addımlar gözləyir. Prezident İlham Əliyevə dəstək verənlərin qısa müddətdə sürətlə artmasının arxasında əsas bu faktor durur. İnsanlar görürlər ki, özlərini müxalif adlandıran bəzi adamlar yalnız boş vədlər verirlər. Onların fəaliyyət proqramları yoxdur. Konkret strateji konsepsiyaları mövcud deyil. İndi vəziyyət keçən əsrin 90-cı illərindən xeyli fərqlənir. Populist çağırışlarla Azərbaycan seçicisinin səsini qazanmaq mümkün deyil.
Bunlara görə, ölkə Prezidentinə milyonlarla insan dəstək verməyə hazırdır. Təbii ki, bu proses davam edir. “Prezidentə dəstək-2013” qrupuna, şübhəsiz ki, yeni-yeni üzvlər daxil olacaq. Bununla da Azərbaycan cəmiyyəti özünün tarixi seçimini dünyaya nümayiş etdirəcək. İnsanlar müstəqil dövlətçiliyə, demokratikləşməyə, bütün sahələrdə sürətli inkişafa imkan yaradan idarəetmə metoduna üstünlük verəcəklər. Buna onları heç kəs məcbur etmir - insanlar həyat təcrübəsindən çıxış edərək dövlət başçısının fəaliyyətini yüksək qiymətləndirirlər. Burada siyasi-psixoloji baxımdan çox mühüm bir məqamı vurğulamaq lazımdır.
Məsələ ondan ibarətdir ki, “Prezidentə dəstək-2013” Facebook qrupu layihəsi Azərbaycan cəmiyyətində son 10 ildə ciddi dəyişikliklərin getdiyini sübut etməkdədir. Vətəndaşların psixologiyasında praqmatik faktorlara üstünlük vermək meyli xeyli güclənmişdir. Bu, öz-özünə yaranan hadisə deyil. Ölkə rəhbərliyinin sistemli və ardıcıl surətdə həyata keçirdiyi və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar proqramının birbaşa nəticəsidir. 2003-cü ildən bu yana Azərbaycanda çox böyük quruculuq işləri görülüb. Nəhəng islahat proqramları həyata keçirilib.
Azərbaycanın iqtisadi yüksəlişi bütün dünyanın diqqətini cəlb edib. Azərbaycan regionun lideri kimi qəbul edilir. Beynəlxalq aləmdə ölkənin nüfuzu xeyli artıb. Bakıda çox mötəbər beynəlxalq tədbirlər keçirilib. Onlar siyasi və dini dialoqa, mədəniyyətlərarası əlaqələrin inkişafına həsr edilib. Bunlar təsadüfən meydana gəlmir. Belə yüksək səviyyəli işlər görməyə siyasətçi peşəkarlığı, yüksək diplomatik qabiliyyət, işgüzarlıq və verdiyi vədlərə əməl etmək iradəsi lazımdır.
Prezident İlham Əliyev bütün bunlara sahib olduğunu çox gözəl nümayiş etdirmişdir.
Şübhə yoxdur ki, “Prezidentə dəstək-2013” Facebook qrupunun sıraları seçkilərə qədər daha da sıxlaşacaq. Azərbaycan vətəndaşları dövlət başçısına olan inam və sevgilərini növbəti dəfə dünyaya nümayiş etdirəcəklər. Artıq heç kəs “Azərbaycan” adlı gəmini öz yolundan döndərə bilməz. Bundan sonra Azərbaycan müstəqillik yolunda İlham Əliyevlə birlikdə daha inamlı addımlarla irəliləyəcək. İlk dəfə Prezident seçiləndə “mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam” vədini verən İlham Əliyev onu yerinə yetirir. Bu yolda hər bir vicdanlı, peşəkar və obyektiv KİV kimi “www.newtimes.az” da Prezident İlham Əliyevi dəstəkləyir. Artıq bizim düzgün seçim etdiyimizi 300 min Bakı sakini öz imzası ilə təsdiqləyib! Bu çətin, lakin şərəfli və müqəddəs yolda hamımıza uğurlar!
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

