Milli Məclisin iclasında...
11.10.2025 [11:25]
13 məsələ müzakirə edildi
Oktyabrın 10-da Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 13 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova çıxış edərək parlament nümayəndə heyətinin oktyabrın 1-dən 3-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə işgüzar səfər barədə məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində iştirak etmək idi: “Oktyabrın 1-də sammitin açılış mərasimində etdiyim çıxışda mən beynəlxalq münasibətlər sistemində Azərbaycanın müdafiə etdiyi prinsiplər haqqında danışdım. Ölkəmizin qlobal çoxtərəfli əməkdaşlığa verdiyi töhfələri nəzərə çatdırdım. Qeyd etdim ki, Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, humanitar yardım fəaliyyətləri onun bu istiqamətdə kollektiv səylərə güclü sadiqliyini əks etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılmış və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verdim”.
S.Qafarova oktyabrın 2-də keçirilən sammitdə “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış etdiyini də deyib. O, çıxışında fəlakətlərə və iqlim təsirlərinə qarşı zəruri cavab tədbirlərinin görülməsində parlamentlərin rolu haqqında fikirlərini böluşüb, Milli Məclisin bu sahədə çoxsaylı qanunlar qəbul etdiyini diqqətə çatdırıb: “Ötən ilin noyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini xatırlatdım. Tədbirin mühüm nəticələri barədə məlumat verdim. Həmçinin nəzərə çatdırdım ki, Parlamentlərarası İttifaqla birlikdə Milli Məclis COP29 çərçivəsində keçirilən Parlament iclasına da ev sahibliyi edib”.
Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində S.Qafarovanın bir sıra ikitərəfli görüşləri də baş tutub. “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İspaniya, Avstraliya, Sinqapur, Cənubi Afrika Respublikası, Zimbabve parlamentlərinin sədrləri, Braziliya parlament nümayəndə heyətinin rəhbəri ilə söhbətlərimdə Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdim. Ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi də aparıldı. Hesab edirəm, Cənubi Afrika Respublikasına işgüzar səfər uğurlu oldu”,-deyə spiker söyləyib.
İclasda ilk olaraq “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Deputatlar “Nağdsız hesablaşmalar haqqında” qanuna da dəyişiklik ediblər. Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün nağd qaydada ödənilən məbləğ 50 faiz artırılaraq 20 manatdan 30 manata qaldırılır. Layihəyə görə, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddini müəyyən edir.
Sənəddə bildirilir ki, qeyd olunan norma kənd təsərrüfatı məhsullarının istehsalının xüsusiyyətləri (mövsümü olması və bu əsasda işçiyə ehtiyacın müəyyən zaman kəsiyində yaranması) nəzərə alınmaqla, məhsul istehsalçıları tərəfindən işlərin görülməsinə mülki hüquqi müqavilələr əsasında fiziki şəxslərin cəlb edilməsi imkanının yaradılmasına, kənd təsərrüfatı istehsalçılarının və onların mövsümi işlərə cəlb etdiyi şəxslərin dəstəklənməsinə, tərəflər arasında daha çevik ödəmə mexanizminin qurulmasına xidmət edir, ödənişlərin birbaşa məhsulun istehsalı sahəsində (yerində) ödənilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalının (yığımının) daha çevik təşkil edilməsinə imkan yaradır.
İclasda “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna da dəyişiklik edilib. Qüvvədə olan qanuna əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Lakin dəyişikliyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.
Sonra deputatlar “Dövlət xidmətləri haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Qanun layihəsi dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyir. Layihədə dövlət xidmətinə, dövlət xidmətinin göstərilmə yerinə, vahid xidmət mərkəzinə, dövlət xidmətinin dizaynı ilə bağlı qanunvericiliyə anlayışlar gətirilib.
Sənədin qəbul olunması ilə dövlət xidmətinin formalaşdırılmasına dair tələblər müəyyən olunacaq. Layihəyə əsasən dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək. Təklif olunan layihədə dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd, yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir.
Layihədə öz əksini tapan vacib bir məqam da ondan ibarətdir ki, dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. “ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda olunub.
Daha sonra “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, bu qanun layihəsi Azərbaycan Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq, daxili qoşunların fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Sənəddə daxili qoşunların vəzifə və səlahiyyətləri, idarəolunma prinsipləri, həmçinin ölkənin konstitusiya quruluşunun, suverenliyinin, ictimai asayiş və təhlükəsizliyinin qorunmasındakı rolu əksini tapıb. Vurğulanıb ki, yeni qanun layihəsinin qəbulu ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və daxili sabitliyin təmin edilməsi baxımından zəruridir.
Qeyd edək ki, millət vəkilləri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26
Sosial
19 Yanvar 12:21
YAP xəbərləri
19 Yanvar 12:01
İqtisadiyyat
19 Yanvar 12:00
İqtisadiyyat
19 Yanvar 11:59
Hadisə
19 Yanvar 11:59
Dünya
19 Yanvar 11:45
Dünya
19 Yanvar 11:19
Sosial
19 Yanvar 11:14
Dünya
19 Yanvar 10:54

