/ / Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinə hazırlıqla bağlı sonuncu mətbuat konfransını keçirib
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinə hazırlıqla bağlı sonuncu mətbuat konfransını keçirib
09.10.2013 [14:36]
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 8-də Müstəqil Mətbuat Mərkəzində prezident seçkilərinə hazırlıqla bağlı sonuncu mətbuat konfransını keçirib.
AzərTAc xəbər verir ki, Məzahir Pənahov budəfəki seçkilərdə 10 namizədin mübarizə aparacağını bildirib. O deyib ki, Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, prezidentliyə namizədlərə təbliğat-təşviqat kampaniyası üçün bütün lazımi şərait yaradılıb, kampaniya tam demokratik və qanunauyğun keçib.
Seçkilərdə 5 milyon 145 minə yaxın seçici 5 min 492 məntəqədə səs verəcək. Onlardan 5 min 273-ü daimi, qalan 219-u isə səsverməyə 5 gün qalmış yaradılmış müvəqqəti məntəqələrdir. Müvəqqəti məntəqələr Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəliklərində, neft platformalarında, sanatoriyalarda, hərbi hissələrdə, islah əmək müəssisələrində, eləcə də Azərbaycan bayrağı altında üzən gəmilərdə yaradılıb.
M.Pənahov qeyd edib ki, seçicilərin hüquqları pozulmazdır və adlarını seçici siyahısında tapmayan şəxslərin yaşadıqları ərazidəki məntəqəyə daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmələri kifayətdir. Onların adları əlavə seçici siyahısına daxil ediləcək və səsvermə hüququndan istifadə edə biləcəklər.
MSK sədrinin sözlərinə görə, seçkiləri 1400-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək. Onların 100-ə qədəri xarici ölkələrin KİV nümayəndələridir. Eyni zamanda, seçki prosesini 52 minə yaxın yerli müşahidəçi izləyəcək ki, onların da 6 mindən çoxu MSK-da, qalan 42 mini dairə seçki komissiyalarında akkreditasiyadan keçib.
Mətbuat konfransında vurğulanıb ki, seçkilərlə əlaqədar 125 dairədə 5492 məntəqə yaradılıb. Bu məntəqələrin minində veb-kameralar quraşdırılıb ki, bu da ümumi sayın 20 faizini təşkil edir.
Seçki subyektlərinin maarifləndirilməsi məsələsinə toxunan MSK sədri bildirib ki, bu istiqamətdə də mühüm işlər görülüb. Belə ki, MSK bütün seçki subyektləri üçün müxtəlif formalı maarifləndirmə tədbirləri həyata keçirib. Polislər, müşahidəçilər üçün yaddaş kitabçaları paylanıb.
Eyni zamanda, görmə qabiliyyəti zəif olan seçicilər üçün məntəqələrdə rahat şərait yaradılıb. Həmçinin hərəkət imkanları məhdud seçicilər üçün məntəqələrdə ilk dəfə panduslar qurulub. Bu qrupa aid olan insanlar təxminən 1200-ə yaxın məntəqəni əhatə edir.
Hazırda Həcc ziyarətində olan zəvvarlar üçün də məntəqə yaradılıb. Həcc ziyarətində, xidməti ezamiyyətdə və digər səbəblərdən Məkkədə olan 3700-ə qədər azərbaycanlı öz seçki hüququndan istifadə edə biləcək.
MSK sədri bildirib ki, səsvermə oktyabrın 9-da saat 8.00-da başlayacaq, 19.00-da başa çatacaq. Səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək, səsvermənin ilkin nəticələri isə elə həmin gün axşam saatlarında açıqlanacaq.
Xəbər lenti
Hamısına baxElm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17

