“Niyə ATƏT sual vermir ki, 14 görüşlə prezident seçmək olar?”
11.10.2013 [10:25]
“ATƏT-in həm ilkin hesabatı, həm də bu gün (dünən) açıqlanan ilkin rəyi tamamilə qərəzlidir. ATƏT-in belə hesabat hazırlayacağı bizə əvvəldən tam məlum idi. Çünki onlar hesabatlarını hazırlayıb gəliblər. Burada ayrı-ayrı qrupların və qurumların maraqları əks olunur. Bu, hesabat deyil. Digər beynəlxalq qurumların hamısı Azərbaycanda azad, ədalətli, demokratik seçkilərin keçirildiyini bəyan edib. O cümlədən ayrı-ayrı ölkələrin parlamentlərindən gələnlər Azərbaycanda azad və ədalətli seçki keçirildiyini deyir”. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkisi ilə bağlı ilkin rəyinə belə münasibət bildirib.
Siyavuş Novruzov “Media forum” saytına deyib ki, ATƏT-in hesabatı müxalif qəzetlərin yazdığı məlumatlar əsasında formalaşan bir sənəddir.
Oktyabrın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının Azərbaycandakı prezident seçkisi ilə bağlı ilkin rəyini açıqladığı mətbuat konfransı yarımçıq dayandırılıb. “Mətbuat konfransında dava düşüb. İştirakçılar Yeni Azərbaycan Partiyasının təmsilçiləri olub. Bunu necə qiymətləndirirsiniz” sualını Siyavuş Novruzov belə cavablandırıb: “Onlar sual vermək istəyib, şərait yaradılmayıb. Bunun özü də qeyri-demokratik işdir. “Azadlıq” qəzeti, “Azadlıq” radiosunun və digər mətbuat orqanlarının nümayəndəsinə şərait yaradılır, başqa sual vermək istəyənlərə şərait yaradılmır. Hamıya bərabər şərait yaradılmalıdır. Özləri bərabər şəraitdən danışır, amma bunun tərsini edirlər”.
ATƏT-in rəyi prezident seçkisinin beynəlxalq aləmdə legitimliyini şübhə altına almazmı? Siyavuş Novruzovun suala cavabı belə olub: “Qətiyyən yox. Dünya ölkələrinin prezidentləri ardıcıl şəkildə Azərbaycan Prezidentini böyük səs çoxluğu ilə yenidən seçilməsi münasibətilə ürəkdən təbrik edirlər. Bu proses davam edəcək. ATƏT həmişəki kimi bu dəfə də Azərbaycana qarşı qərəzli mövqe ortaya qoydu. Hesabatda ancaq Yeni Azərbaycan Partiyasının namizədi ilə bağlı məqamlar göstərilir, digər namizədlərin heç biri haqqında hesabatda heç nə yoxdur. İlkin hesabatda da belə idi. 23 günlük təbliğat-təşviqat kampaniyası zamanı Yeni Azərbaycan Partiyası 2600-ə yaxın görüş keçirib. 23 gün ərzində “Milli şura”nın cəmi 14 görüşü olub. Niyə ATƏT sual vermir ki, 14 görüşlə prezident seçmək olar? Özü də namizədləri Cəmil Həsənli də populyar deyil, seçicilərin əksəriyyəti onu tanımır. ATƏT-in hesabatında on dənə yanaşma tərzini göstərə bilərəm ki, hamısı qərəzlidir”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

