AXCP niyə bağlanmalıdır?
05.12.2025 [16:36]
Cəmil Həsənli və Seymur Həzinin açıqlamaları buna əsas verir…
Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı "cəbhə" açmış Əli Kərimliyə qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində müvafiq həbs qətimkan tədbiri seçilib. Artıq bir neçə gündür ki, gedən müzakirələrdən isə bu mətləb hasil olur ki, Kərimli əlində olan siyasi resurslardan məhz xəyanətinin vasitəsi kimi istifadə edib. Başqa sözlə, həm rəhbərlik etdiyi partiyadan, həm də himayədarlıq etdiyi "milli şura"dan özünün lokal maraqları çərçivəsində xarici kəşfiyyat orqanları ilə əlaqədə yararlanıb. Çox uzağa getmək gərəkmir – bunu elə AXCP sədrinin öz yaxınları "bəyan edirlər".
Məsələn, Əli Kərimlinin müavini Seymur Həzi internet televiziyalarından birinə açıqlamasında deyib ki, saxlanılan Saleh Rüstəmlidən bir müddət əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti, xüsusi xidmət orqanları tələb edirdilər ki, "o Əli Kərimli ilə danışsın, Azərbaycanda Ukraynanın müdafiəsi məsələsi dayandırılsın. Başqa sözlə, Azərbaycanda Ukraynanın mövqeləri müdafiə olunmasın, Azərbaycan bütövlükdə ruspərəst ölkə olsun..."
Diqqət yetirmək lazımdır ki, hələ 2018-ci ildə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda isə bildirilirdi ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurum ölkəmizdə və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməsinə dair kifayət qədər sübutlar toplanıb. Həmin əməllərin törədilməsində qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin - Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanovun adı qeyd edilirdi.
Bu sıraya Cəmil Həsənlinin də "etiraflarını" əlavə etmək olar. "milli şura"nın sədri internet televiziyalarından birinə açıqlamasında deyib ki, "Saleh Rüstəmlinin Rusiyadan çıxmasının səbəbi o idi ki, Rusiya FTX-sı onu məcbur edirdi ki, dostu Əli Kərimli Ukraynanı müdafiə etməsin. Salehə təzyiq edirdilər ki. Əli Kərimlini məcbur etsin ki, Əli Kərimli Ukraynanın müdafiə etməsin".
Demək ki, Əli Kərimli və ətrafı birmənalı olaraq bu işlə məşğul olub – Cəmil Həsənlinin və Seymur Həzinin açıqlamalarından belə məlum olur ki, Əli Kərimli Saleh Rüstəmlinin timsalında fərqli adamlar vasitəsilə direktivlər alıb, sifarişlər yerinə yetirib. Belə olan halda, AXCP-nin bilavasitə məhz bu işə xidmət göstərməsi aydın olmurmu? Belə olan halda, həmin partiyanın bağlanması təklifi tam əsaslı sayılmırmı?
O ki qaldı, Namizəd Səfərovun AXCP-ni "müdafiə etmək" cəhdinə, onun açıqlamasına baxdıqda hər şey aydın olur. Bir partiyanın ki, adı belə N.Səfərovun yadında qalmır, hıqqana-hıqqana həmin partiyanın adını yadına salır, demək ki. bu "müdafiə" cəhdi də görüntü xatirinədir…
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18

