Aşqabadda beynəlxalq forum keçirilib
13.12.2025 [10:58]
Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib
Dekabrın 12-də Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forum keçirilib. Tədbirdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edib.
Əli Əsədov Sərdar Berdiməhəmmədov və İrakli Kobaxidze ilə görüşüb
Aşqabada işgüzar səfər çərçivəsində Əli Əsədov əvvəlcə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini bu ölkənin dövlət başçısına çatdırıb. Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın Baş naziri səfər çərçivəsində, həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.
Baş nazir: Azərbaycan Türkmənistanın neytrallıq siyasətinə hörmətlə yanaşır
“Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş beynəlxalq forumun plenar iclasında Azərbaycanın Baş naziri Əli Əsədov çıxış edib. Ə.Əsədov bildirib ki, Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır. Ölkəmizin neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəklədiyi və “Beynəlxalq sülh və etimad ili - 2025” qətnaməsinə həmmüəllif qismində qoşulduğu bildirilib.
Ölkəmiz Neytrallıq Universitetinin yaradılmasını dəstəkləyir
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Türkmənistanın BMT-nin himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü də yüksək qiymətləndirir və universitetin işində fəal iştirak etməyə hazırdır. Qeyd olunub ki, Azərbaycan və Türkmənistan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının fəal üzvləridir və hər iki ölkə Hərəkatın dialoq və həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Azərbaycan-Türkmənistan əlaqələrinə toxunan Baş nazir iki ölkə arasında dərin tarixi köklərə, mənəvi və mədəni dəyərlərə söykənən ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Dövlətlərarası münasibətlərin son illərdə dinamik inkişaf yolu keçdiyi diqqətə çatdırılıb. Bildirilib ki, iki ölkə liderləri arasında son dövrdə baş tutmuş qarşılıqlı səfərlər və görüşlər ikitərəfli münasibətlərdə yeni səhifə açıb, onları strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəldib. Bu kontekstdə cari ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfərinin önəmi xüsusi qeyd edilib. Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında keçirilən yüksəksəviyyəli görüşün regional əməkdaşlığın genişləndirilməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildiyi diqqətə çatdırılıb.
Həmçinin iyul ayında Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərinin, səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərini ziyarət etməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, cari ilin oktyabr ayında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Füzulidə təməli qoyulan məscidin inşası ilə bağlı təşəbbüsə görə Türkmənistan tərəfinə minnətdarlıq ifadə olunub.
Ə.Əsədov Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər barədə də bəhs edib. Bu baxımdan, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı qismində qəbul edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, Baş nazir Əli Əsədov Aşqabadda Neytrallıq Abidəsinin önünə gül dəstəsi qoyub. Baş nazir ölkəmizin Türkmənistandakı səfirliyinə də gedərək Ümummilli Lider Heydər Əliyevin buradakı büstü önünə gül dəstəsi düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05

