Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Deputatların bir-birinin əvəzinə səs verməsi normal haldır

Siyavuş Novruzov: Deputatların bir-birinin əvəzinə səs verməsi normal haldır

02.11.2013 [10:59]

Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov Milli Məclisin son iclasında millət vəkillərinin bir-birinin yerinə səsverməsi məsələsinə münasibət bildirib.
Modern.az-a açıqlama verən S.Novruzov bildirib ki, ümumiyyətlə dünyada səsverməyə yanaşma müxtəlif cürdür. “Dünya ölkələrinin bir çoxunda, məsələn, ABŞ, Böyük Britaniya və s. qanun layihələri müzakirə olunur, sonradan səsvermə gedir. Həmin parlamentlərin səsvermə qaydalarına baxsaq görərik ki, qanun layihəsi müzakirə olunanda kim qanun layihəsinə maraqlıdırsa, çıxış etmək və ya müdafiə etmək istəyirsə, orada iştirak edir. Kim maraqlı deyilsə, hər biri öz otaqlarına gedir və otaqda televizor qanun layihəsinin müzakirəsini göstərir. Elə olur ki həmin vaxtı senator qonaq qəbul edir, amma televizordan bu proses onun otağında canlı göstərilir və səsvermə vaxtı hər biri çağırılır”.
Deputat bildirib ki, nə daxili nizamnamədə, nə də digər qanunlarda kiminsə öz yoldaşının əvəzinə səs verməsinin hər hansı qanun pozuntusu olması yoxdur. “Sadəcə olaraq, bəlkə də sizin kimi bir jurnalist deputatı dəvət edib müsahibə alsın. Müsahibə verən anda qanun müzakirəsi bitir və səsvermə olur. O da qabaqcadan yoldaşına deyir ki, “Mən qanunun lehinəyəm, xahiş edirəm, mənim əvəzimə səs ver”. Burada qeyri-adi bir şey yoxdur”, - deyə Siyavuş Novruzov vurğulayıb.

Paylaş:
Baxılıb: 996 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31