Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıdan neft məhsullarının növbəti partiyası Ermənistana yola salınıb

Bakıdan neft məhsullarının növbəti partiyası Ermənistana yola salınıb

09.01.2026 [15:51]

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

AZƏRTAC xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

Xatırladaq ki, bundan əvvəl, 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31