/ / Azərbaycan BMT Təhlükəsizlik Şurasında ikinci dəfə sədrliyi dövründə də beynəlxalq hüququ və ədaləti müdafiə edib
Azərbaycan BMT Təhlükəsizlik Şurasında ikinci dəfə sədrliyi dövründə də beynəlxalq hüququ və ədaləti müdafiə edib
06.11.2013 [09:45]
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qeyri-daimi üzvü olan Azərbaycan 2013-cü ilin oktyabrında qurumun sədri vəzifəsini həyata keçirib. Bu ilin oktyabr ayı qeyri-daimi üzv kimi Azərbaycanın BMT Təhlükəsizlik Şurasında ikinci sədrlik dövrü olub. Bu dövrdə qurumun gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə edib.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirilib ki, 2012-ci ilin mayında həyata keçirilmiş birinci sədrlik dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə mayın 4-də “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksək səviyyəli iclas keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb.
Azərbaycanın 2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib. İclasın məqsədi BMT ilə üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyətlə bağlı müzakirələrin aparılması olub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Pan Gi Mun və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu, habelə BMT TŞ-nin üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərdən, qlobal və regional proseslərdən danışılıb, onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd olunub.
BMT-nin baş katibi Pan Gi Mun görüş çərçivəsində işçi nahar müzakirələrində Keniya, Suriya və Somalidəki vəziyyət barədə məruzələrlə çıxış edib.
Azərbaycanın sədrliyi dövründə, həmçinin oktyabrın 3-dən 9-dək BMT TŞ üzvlərinin Afrikaya səfəri təşkil edilib.
Oktyabrın 8-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutub. Ekvatorial Qvineya və Azərbaycanın həmsədrlik etdiyi iclasda Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət barədə müzakirələr aparılıb və yekunda birgə kommünike qəbul edilib.
Oktyabrın 30-da Şuranın son bir il ərzində fəaliyyətini, o cümlədən keçirilmiş iclaslar, müzakirələr və qəbul olunmuş qərarları əks etdirən hesabat qəbul edilib.
BMT TŞ sədrinin BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi və Suriyada humanitar vəziyyətlə bağlı iki, Liviyanın paytaxtı Tripoli şəhərində oktyabrın 2-də Rusiya səfirliyinə qarşı törədilmiş terror hücumu, Sudanın bəzi bölgələrində poliomielit xəstəliyinə qarşı peyvənd layihəsi, Afrika İttifaqı və BMT-nin Sudanın Darfur bölgəsindəki birgə əməliyyatı, BMT-nin Mali və Konqo Demokratik Respublikasındakı missiyalarında xidmət edən sülhməramlı əsgərlərinin qətlə yetirilməsi və Qvineyada keçirilmiş seçkilərlə əlaqədar altı bəyanatı qəbul edilib.
Oktyabrın 30-da Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən Təhlükəsizlik Şurasının və BMT-nin digər üzv dövlətlərinin, BMT-nin Katibliyinin, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ölkəmizin qurumda sədrliyinin başa çatması münasibətilə rəsmi tədbir keçirib.
Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və bununla bağlı davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan BMT TŞ-nin sədri qismində beynəlxalq hüququn və ədalətin bərqərar olmasına mühüm töhfələrini verib. Bu müddətdə etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın Təhlükəsizlik Şurasının və BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq münasibətləri inkişaf etdirilib.
Noyabr ayında BMT Təhlükəsizlik Şurasında sədrlik Azərbaycandan Çinə keçib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

