Azərbaycandakı yüksək demoqrafik artım milli gücün vacib ünsürüdür
06.11.2013 [09:57]
Prezident İlham Əliyev: Bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir
Hər bir ölkənin milli gücünün vacib kəmiyyət və keyfiyyət göstəricilərindən biri onun demoqrafik vəziyyətidir. Əsas demoqrafik göstəricilər içərisində əhalinin artım tempini və əmək qabiliyyətli hissəsinin ümumi saya nisbətini, əhalinin fiziki və mənəvi sağlamlığını, intellektual səviyyəsini qeyd etmək olar. Sadalanan demoqrafik göstəricilər sırasında əhalinin təbii artım tempi dövlətin əsas dayaqlarından biri olan insan resursunu təşkil etməsi baxımından xüsusi önəm daşıyır.
Bildiyimiz kimi, zaman keçdikcə dünya əhalisinin ümumi sayında artımın olmasına baxmayaraq, artımın səviyyəsi ayrı-ayrı ölkələrdə bir-birindən ciddi fərqlənir. Ölkələrdə əhalinin artım tempinə yerli mədəniyyət, həyat tərzi, sosial rifah səviyyəsi, ekoloji vəziyyət, səhiyyənin inkişafı, insanların sağlamlıq durumu, miqrasiya axınları, siyasi-hərbi proseslər kimi amillər təsir göstərir. Ümumiyyətlə, adətən, ölkələr çalışırlar ki, onlarda əhalinin artım tempi dünya əhalisinin, eləcə də, ətrafdakı ölkələrin sakinlərinin artım sürətindən geri qalmasın. Əhalinin normal artımı, yəni, ümumi sayda və yaş qrupları arasında münasib balansın qorunub saxlanması milli təhlükəsizlik əhəmiyyəti daşıyan bir məsələdir.
Bu baxımdan, Azərbaycanda kifayət qədər müsbət mənzərə mövcuddur. Belə ki, 1991-ci ildə Azərbaycanın əhalisi təqribən, 7,2 milyon nəfər olduğu halda, hazırda bu göstərici 9,4 milyona çatıb. Bu o deməkdir ki, Azərbaycanın əhalisi 22 illik müstəqillik dövründə təqribən 2,2 milyon nəfər artıb. Respublikada il ərzində doğulanlarla ölənlərin nisbəti əsasında 135 min nəfər artım qeydə alınır. Xatırladaq ki, Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bu məsələyə toxunaraq Azərbaycanın uğurlu inkişafının demoqrafik göstəricilərdə də özünü büruzə verdiyini bildirmişdi: “Bunu mən böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda son on il ərzində əhali artmışdır. On il əvvəl əhalimiz 8,3 milyon idi. Hazırda 9,4 milyondur. On ildə əhali 1 milyon 100 min artmışdır. Demoqrafiya özlüyündə gələcəkdə böyük rol oynayacaqdır”.
Qeyd edək ki, əhalinin sürətli artım tempi heç də hər zaman müsbət faktor kimi qiymətləndirilmir. Çünki bu tendensiya iqtisadiyyatı zəif olan, əmək bazarı qeyri-stabil ölkələr üçün problemlər yaradır. Belə ölkələrdə əhalinin sürətli artımı işsizliyin, yoxsulluğun səviyyəsinin yüksəlməsinə səbəb olur. Yaxud da əksinə, əhalisinin təbii artımı çox aşağı olan ölkələrdə isə işçi qüvvəsi çatışmazlığı yaranır və bu da ümumi iqtisadi artıma mənfi təsir göstərir. Əlbəttə ki, ən optimal vəziyyət ölkənin iqtisadi potensialı ilə onun əhalisinin artım tendensiyasının bir-birilə uzlaşdırılmasıdır. Bunun üçün isə düşünülmüş və uzaqgörən sosial-iqtisadi siyasət həyata keçirilməlidir.
Azərbaycana gəldikdə, ölkəmizin nümunəsində iqtisadi inkişafın əhali artımına proporsionallığının və onu stimullaşdırmasının şahidi olmaq mümkündür. Bildiyimiz kimi, əhalinin sayının artması əmək qabiliyyətli insanların da çoxalması deməkdir. 2012-ci ilin statistik göstəricilərinə əsasən, Azərbaycanda əmək qabiliyyətli insanların sayı təqribən, 6,4 milyon nəfər olmaqla əhalinin 69,3 faizini təşkil edir. Ölkədə 15-29 yaş arası gənclər isə əhalinin 29,8 faizini təşkil edir. Bu göstəricilər ondan xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı üçün lazım olan əmək potensialı mövcuddur. Bu potensialın reallaşdırılmasına nəzər salsaq, görərik ki, ölkədə son 10 ildə 1,2 milyon yeni iş yeri yaradılıb, biznes mühiti yaxşılaşdırılıb, insanların gəlirləri dəfələrlə artıb.
Nəticədə, Azərbaycanda işsizlik təxminən, 5 faizə, yoxsulluq isə 5,5 faizədək azalıb. Onu da deyək ki, Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasət hər bir vətəndaşın rifahının yüksəldilməsinə hesablanıb və bunun məntiqi davamı olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində respublikada işsizlik probleminin bütünlüklə aradan qaldırılacağına əminlik yaradır.
Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışından da göründüyü kimi, Azərbaycanda demoqrafik artımla iqtisadi inkişaf bir-birini tamamlayır: “Demoqrafik inkişaf, eyni zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət amildir ki, iqtisadiyyat buna imkan verir. Biz bəzi ölkələrin problemlərini bilirik. Bəzi ölkələrdə demoqrafik tənəzzül müşahidə olunur və o ölkələr xüsusi proqramlar tətbiq edirlər. Bəzi ölkələrdə isə demoqrafik inkişaf o qədər sürətlidir ki, ölkə iqtisadiyyatı buna dözmür. Ona görə bizim iqtisadiyyatımız və xüsusilə növbəti illərdə kənd təsərrüfatı və ağır sənaye ilə bağlı olan təşəbbüslərimiz, o cümlədən demoqrafik amil də hesablanmalıdır. Bizim iqtisadi imkanlarımız əhalinin artımını daim üstələməlidir”.
Beləliklə, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanı regional güc mərkəzinə çevirən faktorlardan biri kimi demoqrafik amil öz sözünü deyir. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə qədərini təşkil edir, həmçinin, ölkəmiz regionda ən güclü orduya sahibdir. Belə nəticəyə gəlmək olar ki, Azərbaycandakı yüksək demoqrafik artım milli gücün vacib ünsürünə çevrilib.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57

