/ / Polşa ilə Azərbaycan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələrinə dair əməkdaşlıq sazişi imzalanıb
Polşa ilə Azərbaycan hökumətləri arasında beynəlxalq avtomobil əlaqələrinə dair əməkdaşlıq sazişi imzalanıb
15.11.2013 [09:19]
Noyabrın 14-də ölkəmizdə səfərdə olan Polşanın nəqliyyat naziri Slavomir Novakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Nəqliyyat Nazirliyində görüş keçirilib.
AzərTAc xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızın yol-nəqliyyat kompleksində aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu vurğulayan nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.
Ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr barədə məlumat verən Z.Məmmədov Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun 2015-ci ildə fəaliyyətə başlayacağını, Qazaxıstanın da bu layihəyə qoşulacağını diqqətə çatdırıb. Bildirilib ki, gələcəkdə yükdaşımalarının artacağını nəzərə alan Azərbaycan özünün dəmir yollarını yenidən qurur, o cümlədən müasir Beynəlxalq Bakı Dəniz Ticarət Limanının tikintisini reallaşdırır. Eyni zamanda, ölkə daxilində avtomobil yollarına da xüsusi diqqət ayrılır və əsas hədəf 2018-ci ilədək Azərbaycanın bütün magistral yollarının tam müasirləşdirilməsidir.
Z.Məmmədov vurğulayıb ki, Azərbaycan keyfiyyətli və müasir standartlara cavab verən səviyyədə layihələr reallaşdıran şirkətlərin hər biri ilə əməkdaşlığa hazırdır.
Azərbaycanda iki il əvvəl olduğunu deyən Polşanın nəqliyyat naziri Slavomir Novak qeyd edib ki, ötən qısa müddət Bakıdakı inkişafı görməyə kifayətdir. Azərbaycanda böyük infrastruktur yeniliyinin baş verdiyini bildirən qonaq deyib ki, Azərbaycan bu sahədə digər ölkələrə örnəkdir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayan polşalı nazir münasibətlərin daha da möhkəmləndirilməsində hər iki ölkənin maraqlı olduğunu bildirib.
Tərəflər qarşılıqlı fikir mübadiləsindən sonra Polşa ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi barədə razılığa gəliblər.
Sonda Polşa Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında beynəlxalq avtomobil əlaqələrinə dair əməkdaşlıq sazişi imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

