“Sarkisyan başqa hiyləgərliyə əl atıb”
16.11.2013 [10:05]
“Prezidentlərin görüşü ərəfəsində Serj Sarkisyanın Dağlıq Qarabağa gələrək hərbi təlimlərdə iştirak etməsi ermənilərin növbəti hiyləgərliyidir və məqsəd Azərbaycanı danışıqlarda iştirak etməməyə sövq etməkdir”. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum” saytına açıqlamasında belə deyib.
YAP-ın İcra katibinin müavininin fikrincə, Azərbaycanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi və sülhə nail olmaqdır: “ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışlarına uyğun olaraq Ermənistan da sülh prosesində iştirak etməlidir. Əks halda ermənilər danışıqlar prosesindən çıxmış kimi görünər. Ermənistan hiyləgərlik edir, müxtəlif vasitələrlə oyunlar qurur və danışıqların nəticə verməməsinin günahını Azərbaycanın üstünə yığmağa çalışır. ATƏT-in Minsk qrupunun fəaliyyətindəki zəifliyə baxmayaraq Azərbaycan danışıqlar prosesində qalır və səmimi müzakirələr aparır, danışıqların beynəlxalq hüquqa uyğun aparılmasını istəyir, ərazi bütövlüyü və suverenlik haqqından geri çəkilmir. Çünki bu bizim haqqımızdır.
Ermənistan isə neçə ildir ki, özünü zahirən elə aparır ki, guya danışıqlarda nəyəsə nail olunmasını istəyir, amma arxada hiyləgərlik işlədir, danışıqları pozmaq üçün müxtəlif variantlardan istifadə edir. Bunu Ki-Vest, Rambuye danışıqlarında da gördük. Ermənistan prezidentinin qarın ağrısına düşüb müzakirələrdən qaçmasının da şahidi olmuşuq.
Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Prezidentlərinin görüşməsi üçün təklif verib. Belə bir vəziyyətdə Serj Sarkisyan görüşdən imtina edə bilməzdi. Çünki əlində hər hansı bəhanəsi yoxdur. Amma başqa hiyləgərliyə əl atıb və Dağlıq Qarabağa gələrək hərbi təlimlərdə iştirak edib, pafoslu çıxış söyləyib, danışıqların gedişinə, sülh prosesinə zərbə vuran fikirlər işlədib. Bunu ona görə edir ki, Azərbaycan narazı qalsın və belə hərəkətlərə görə Serj Sarkisyanla görüşməkdən imtina etsin. Son nəticədə isə günahı bizim üzərimizə atsınlar. Guya Azərbaycan danışıqlardan yayınır, sülh prosesindən çıxmaq istəyir, kompromisə getmir. Bu, ermənilərin növbəti hiyləgərliyidir”.
Mübariz Qurbanlı deyib ki, Azərbaycan diplomatiyası ermənilərin indiyədək olan hiyləgərliklərini ifşa edib və bu proses davam edir. Onun fikrincə, ermənilər rəsmi Bakının diplomatik gedişləri qarşısında acizdir: “Ona görə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutması, danışıqların davam etməsi Azərbaycanın taktikasına uyğundur. Prezident İlham Əliyev uzaqgörən gedişlərlə erməniləri hər zaman seytnota salıb və görüşə razılıq verməklə bu dəfə də ölkəmizin milli maraqlarına uyğun addım atıb. Azərbaycan görüşdən imtina etsə, erməni diplomatiyasının qurduğu hiyləgər oyunun iştirakçısı olardıq”.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13

