Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filminin təqdimat mərasimi olub
16.11.2013 [10:09]
Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib
Noyabrın 15-də Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” bədii filminin təqdimat mərasimi olub.
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Görkəmli həmyerlimiz, Azərbaycanın Xalq Artisti, Rusiyanın Əməkdar İncəsənət Xadimi, filmin ssenari müəllifi və rejissoru Yuli Qusman təqdimat mərasimində çıxış edərək 30 ildən artıq Moskvada yaşamasına baxmayaraq, doğulub boya-başa çatdığı Bakını heç vaxt unutmadığını, filmin çəkilişlərinin həyata keçirildiyi 6 rayonda yerli əhalinin onları qonaqpərvərliklə qarşıladığını deyib.
“Qorxma, mən səninləyəm” filminin ikinci hissəsinin çəkilməsini çoxdan arzulayan və bu istəyini 30 ildən sonra reallığa çevirdiyini bildirən rejissor yeni ekran əsərinin ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Filmin xalqımızın necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərmək istəyi ilə lentə alındığını diqqətə çatdıran Y.Qusman hələ ilk ekran əsərinin çəkilişi zamanı Ümummilli lider Heydər Əliyevin onlara yetirdiyi böyük diqqət və qayğını xüsusilə vurğulayıb.
Filmin birinci hissəsinin çəkilişindən 32 il ötdüyünü qeyd edən Yuli Qusman bu ekran əsərinin hər iki ölkənin dostluğunu tərənnüm etdiyini bildirib. Görkəmli rejissor Yuli Qusman daha sonra filmdə rol alan tanınmış aktyorları tamaşaçılara təqdim edib.
Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşaçıları salamlayaraq filmin ərsəyə gəlməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Bu filmə həm Azərbaycanda, həm də Rusiyada böyük marağın olduğunu xüsusi vurğulayan Polad Bülbüloğlu tamaşaçıların ekran əsərinin təqdimatını səbirsizliklə gözlədiklərini, filmin daha da məşhurlaşacağına və uğur qazanacağına ümidvar olduğunu qeyd edib.
Filmin yaradıcı heyəti çəkilişlərə kömək etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildiriblər.
Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin Sərəncamı ilə Yuli Qusmana verilən “Şöhrət” ordenini rejissora təqdim edib.
Ötən əsrin 80-ci illərində çəkilmiş “Qorxma, mən səninləyəm” bədii filminin davamı kimi ekranlaşdırılan yeni kino əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Filmdə, həmçinin tanınmış rusiyalı aktyorlar Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinskiy, Yuri Kobaladze, eləcə də azərbaycanlı aktyorlar Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova, Rövşən Əsgərov və başqaları çəkiliblər.
Filmdəki intriqalar daha dramatik və təhlükəlidir. Söhbət yalnız qız qaçırılmasından yox, qara qüvvələrin Azərbaycanda demokratiyaya qarşı üsyanından gedir. Yeni ekran əsərində məşhur bəstəkar-müğənni, Xalq artisti Polad Bülbüloğlunun canlandırdığı Teymur obrazı bu dəfə tamaşaçılara həm deputat, həm də böyük bəstəkar kimi təqdim edilib.
Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapıb. “Romeo və Cülyetta”da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır.
Bu ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

