Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ceyhun Bayramovun Birləşmiş Krallığın dövlət naziri ilə telefon danışığı olub

Ceyhun Bayramovun Birləşmiş Krallığın dövlət naziri ilə telefon danışığı olub

09.03.2026 [15:44]

Martın 9-da Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən AZƏRTAC-a verilən məlumata görə, tərəflər arasında Yaxın Şərqdə artmaqda olan hərbi eskalasiya əsas müzakirə mövzusu olub.

Birləşmiş Krallıq tərəfi İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı ciddi narahatlıq ifadə edib, ölkəmizin mülki infrastrukturuna və əhalinin təhlükəsizliyinə yönəlmiş təhdidin qəbuledilməz olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov bu cür hərəkətlərin regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib. Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları

ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 683 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30