Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti: Azərbaycan mühüm istinad nöqtəsinə çevrilib

BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti: Azərbaycan mühüm istinad nöqtəsinə çevrilib

11.03.2026 [17:13]

Qlobal Bakı Forumunun builki mövzusu - keçid dövründə olan dünyada parçalanmaların aradan qaldırılması sözün əsil mənasında zamanın ruhuna uyğundur. Çünki hazırda şahidi olduğumuz və yaşadığımız reallıq məhz budur.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa deyib.

O qeyd edib ki, dünyada təxminən 100-ə yaxın aktiv silahlı münaqişə mövcuddur. Dünya müharibə vəziyyətindədir və Qlobal Bakı Forumu artıq yalnız qlobal geosiyasətin düzgün və məlumatlı təhlili üçün deyil, həm də yeni ideyalar və alternativ həll yolları üçün mühüm platformaya çevrilib.

“Regiondakı olduqca gərgin və təhlükəli vəziyyətə baxmayaraq, Forum dünyanın bütün bölgələrindən 350-dən çox düşüncə adamını, siyasətçini, parlament üzvünü, dövlət və hökumət başçısını bir araya gətirəcək. Bu isə Forumun əhəmiyyətini açıq şəkildə göstərir. Azərbaycan dialoqun və sağlam diplomatiyanın həyata keçirildiyi mühüm bir istinad nöqtəsinə çevrilib. Bu səbəbdən hər kəsi müzakirələri, dialoqları, parçalanmış kimi görünən bir dünyada səslənən optimizm və ümid çağırışlarını diqqətlə izləməyə dəvət edirəm”, - deyə Maria Fernanda Espinosa vurğulayıb.

Paylaş:
Baxılıb: 672 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30