/ / III “Şərq tərəfdaşlığı” Sammiti Avropada Azərbaycana olan böyük marağı və hörməti nümayiş etdirdi
III “Şərq tərəfdaşlığı” Sammiti Avropada Azərbaycana olan böyük marağı və hörməti nümayiş etdirdi
04.12.2013 [08:47]
Vilnüs görüşünün nəticələri ölkəmizin milli maraqlara söykənən müstəqil siyasət yürütdüyünü təsdiq etdi
Məlum olduğu kimi, 28-29 noyabr tarixlərində Litvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının (Aİ) III “Şərq tərəfdaşlığı” Sammiti keçirilib. Sammitdə Aİ-nin üzvü olan 28 ölkənin dövlət başçıları, habelə, “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin-Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın rəsmi nümayəndələri iştirak ediblər. Avropa Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tədbirə Aİ-nin təmsilçiləri qismində qatılıblar.
Tədbirin Azərbaycan üçün mühüm nəticələrindən biri odur ki, sammitin gedişatında ölkəmiz ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanıb. Sözügedən sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle və Litvanın xarici işlər naziri Linas Linkyeviçyus imzalayıblar. Gələn il qüvvəyə minəcəyi gözlənilən bu saziş Azərbaycan-Aİ əlaqələrinin genişləndirilməsi yönündə mühüm addımdır.
Lakin “Şərq tərəfdaşlığı” Sammitinin ölkəmiz üçün nəticələri heç də sözügedən sazişlə məhdudlaşmır. Belə ki, Vilnüs görüşü Azərbaycan-Avropa İttifaqı münasibətlərində bir sıra mühüm məqamları üzə çıxardı, daha dəqiq desək, təsdiq etdi. İlk növbədə, sammit Avropada Azərbaycana olan böyük marağı və hörməti bir daha nümayiş etdirdi. Belə ki, sammit çərçivəsində Prezident İlham Əliyev Böyük Britaniyanın, İspaniyanın, Latviyanın baş nazirləri, Fransanın prezidenti də daxil olmaqla 10-dan artıq görüş keçirdi. Bir məqama diqqət yetirmək lazımdır ki, bu görüşlərin hər biri qarşı tərəfin təşəbbüsü ilə gerçəkləşib. Eyni zamanda, bu görüşlər Aİ dövlətlərinin Azərbaycanın qurumla münasibətlərdə sərgilədiyi davranışı təqdir etdiyini sübuta yetirdi. Həmçinin, görüşlər Aİ dövlətlərinin ölkəmizlə əməkdaşlığa xüsusi önəm verdiklərini, mövcud əlaqələri yüksək qiymətləndirdiklərini və gələcəkdə münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını göstərdi.
Bildiyimiz kimi, Aİ-nin III “Şərq tərəfdaşlığı” Sammiti Avrasiya məkanında geosiyasi proseslərin kifayət qədər aktivləşdiyi bir dövrdə baş tutdu. Daha dəqiq desək, hazırda Qərb və Rusiya siyasi mərkəzləri daha çox sayda dövləti öz orbitlərində cəmləmək uğrunda rəqabət aparırlar. Bu prosesin gedişatında qlobal güclərin maraq dairəsində olan dövlətlər xaricdən və bəzən də daxildən güclü təzyiqlərlə üzləşirlər. Məhz belə məqamlarda dövlətlərin suverenlik səviyyəsi, xarici siyasi kursun müstəqillik və milli maraqlarla uzlaşma dərəcəsi özünü aydın göstərir. Bu baxımdan, Vilnüs zirvə görüşü Aİ-nin Şərq tərəfdaşı ölkələrinin siyasi gücünü, iradəsini ortaya qoydu. Bildiyimiz kimi, “Şərq tərəfdaşlığı” Sammiti bir sıra region dövlətlərinin zəif cəhətlərini önə çıxararaq, xarici təsirlər qarşısında kövrək olduqlarını nümayiş etdirdi. Lakin Azərbaycana gəldikdə isə ölkəmiz bu sammitdə öz milli dövlət maraqlarını ləyaqətlə təmsil etdi, milli mənafelərinə uyğun addımlar atdı.
Vilnüs görüşündə Avropa İttifaqı ilə sadələşdirilmiş viza müqaviləsini imzalamaqla Azərbaycan qurum və ona daxil olan ölkələrlə əməkdaşlığı bundan sonra da yüksək səviyyədə davam etdirmək niyyətini göstərdi. Bununla bərabər, Azərbaycanın xarici siyasət prioritetləri yalnız bir siyasi mərkəzə hədəflənmir, çoxşaxəli xarakter daşıyır. Bununla da, Azərbaycanın bəzi ölkələr kimi, Avropaya inteqrasiya ilə Avrasiya İttifaqı arasında seçim qarşısında qalmadığı özünü aydın göstərir. Əslində, bu gün digər bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanın heç bir siyasi, iqtisadi mərkəzə meyillənmədən özünün müstəqil mövqeyini qoruyub saxlaya bilməsinin təməlində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslı, milli maraqlara söykənən xarici siyasət xətti dayanır.
Qeyd edək ki, jurnalistlərə müsahibəsində Vilnüs zirvə görüşünün nəticələrini dəyərləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Azərbaycanın Avrointeqrasiya ilə Avrasiya İttifaqı arasında seçim qarşısında qalmadığını deyərək ölkəmizin müstəqil siyasət yürütdüyünü xüsusi vurğulayıb: “Bu, həm xalqımıza, həm də xarici tərəfdaşlarımıza aydındır. Biz heç vaxt bu və ya digər addım atmamışıq, yaxud elə bəyanat verməmişik ki, sonradan ondan imtina etməyə məcbur olaq. Yəni, Azərbaycan öz milli maraqlarına uyğun uğurlu siyasət yürüdür. Azərbaycan bəzi ölkələr kimi kiməsə gözünü dikməyib və müstəqil siyasət aparır. Biz bundan sonra da bu yolu davam etdirəcəyik”.
Beləliklə, III “Şərq tərəfdaşlığı” Sammiti Azərbaycanın bu günə qədər xarici siyasətdə atdığı addımların uğurunu təsdiq etdi. Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, ölkəmiz doğru yoldadır və mövcud siyasi kurs dövlətimizin beynəlxalq mövqelərini daha da gücləndirir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

