Erməni terrorizmi gerçəkliyi Rusiya cəmiyyətindən gizlədilməyə çalışılır
05.12.2013 [09:33]
Tarixi faktları əks etdirən “Erməni terrorizmi” nəşrinin Rusiyada “ekstremist material” adlandırılması səyləri söz azadlığına, insani dəyərlərə və Azərbaycan-Rusiya münasibətlərinin ruhuna ziddir
Məlum olduğu kimi, ermənilər tarixən özlərini dünyaya “məzlum” xalq kimi təqdim edib, xüsusən də XX əsr boyunca yaratdıqları bu qondarma imicə söykənərək Azərbaycanda, Anadoluda yaşayan türklərə və digər xalqlara qarşı soyqırımları, qətliamlar, deportasiyalar, terror aktları və digər ağlasığmaz vəhşiliklər törədiblər. “Məzlum”, “günahsız”, “zərərsiz millət” pərdəsi arxasında erməni rəhbərləri, din xadimləri, siyasətçiləri öz icmalarının daxilində qonşu xalqlara nifrət, düşmənçilik hissi, başqasına aid olanları hər vasitə ilə özününküləşdirmək istəyini aşılayıblar. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycan xalqının başına gətirilənlər, həmçinin, Xocalı soyqırımı məhz bu məkrli siyasətin nəticəsidir. Bütövlükdə, Azərbaycanda və Anadoluda 2 milyondan çox dinc insanın ölümünə səbəb olan bu hadisələrdə isə qaniçən başbilənlərinin arxasınca gedən erməni toplumu xalq kimi deyil, daha çox müəyyən siyasi qüvvələrin maraqlarına xidmət edən, qanlı əməllərin həyata keçirilməsində canfəşanlıq göstərən hərbi-siyasi təşkilat kimi fəaliyyət göstərib.
Lakin indi nə informasiya texnologiyalarının inkişaf səviyyəsinin qat-qat aşağı olduğu XIX-XX əsrlər, nə də Azərbaycanın informasiya blokadasında olduğu 1990-cı illərin əvvəlləri deyil. Artıq törədilən cinayət əməlinin üzərini ört-basdır etmək mümkün olmur. Üstəlik, beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan artıq həqiqətləri dünyaya çatdırır, ölkəmiz təmsil olunduğu bütün mötəbər beynəlxalq tədbirlərdə, ikitərəfli görüşlərdə öz mövqeyini açıq və qəti şəkildə ortaya qoyur. Yəni, Azərbaycan həqiqətləri dövlətin məqsədyönlü siyasəti, Heydər Əliyev Fondunun və diaspor təşkilatlarımızın fasiləsiz olaraq gördüyü işlər nəticəsində bütün dünyaya yayılır. Təbii ki, görülən işlər nəticəsində dünyada ermənilərin günümüzədək törətdikləri insanlıq əleyhinə cinayətlər barədə məlumatlılığın artması erməni lobbisinin, ermənipərəst qüvvələrin ciddi narahatlığı və təbliğatın qarşısını almaq cəhdləri ilə müşayiət olunur.
Məsələn, məlum olduğu kimi, erməni terrorizmini dünyaya nümayiş etdirən və Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə ölkəmizdə nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun Rusiyada yayılmasına qarşı addımlar atılır. Belə ki, bu yaxınlarda Rusiyanın Krasnoyarsk Vilayət Prokurorluğu vilayətin ərazisində yayılan “Erməni terrorizmi” adlı nəşrin “ekstremist material” kimi tanınması, həmin nəşrin ekstremist materiallar siyahısına daxil edilməsi üçün qərarın surətinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərilməsi məqsədilə məhkəməyə müraciət edib. Rusiya Federasiyası Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsinin bildirişində isə qeyd edilib ki, 2013-cü il dekabrın 12-də hakim N.Y.Çernovanın sədrliyi ilə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun “ekstremist material” kimi tanınmasına dair məhkəmə iclası keçiriləcək.
Qeyd edək ki, sırf tarixi faktlar, materiallar və sənədlər əsasında hazırlanan bir kitaba qarşı belə bir addımın atılması heç bir məntiqə, ədalət və söz azadlığı anlayışlarına uyğun gəlmir. Halbuki, “Erməni terrorizmi” kitab-albomu məhz erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə, habelə Azərbaycan ərazisində dinc əhaliyə qarşı həyata keçirdikləri çoxsaylı terror aktlarına dair dəqiq materiallar əsasında hazırlanıb.
Tarixən məlumdur ki, “Hnçak”, “Armenakan” partiyası, ASALA, “Erməni gizli azadlıq təşkilatı”, “Daşnaksütyun” və digər adlarda yaradılan terror təşkilatlarının sayına və fəaliyyətinin miqyasına, qəddarlığına görə erməni terrorizmi heç də digər terror şəbəkələrindən geri qalmır. Təkcə 1970-80-ci illərdə Türkiyənin xaricdəki diplomatlarına qarşı törədilən silsilə terror aktları nəticəsində 19 diplomat həlak olub. Həmçinin, 80-ci illərin sonlarından etibarən erməni terror təşkilatlarının Azərbaycana qarşı törətdiyi 32 terror aktı nəticəsində 2 mindən çox Azərbaycan vətəndaşı həlak olub, on minlərlə adam yaralanıb. Bütün bunlar erməni terrorizminin əsl mahiyyətini nümayiş etdirir. Eyni zamanda, ASALA terror təşkilatının fərqli adlar altında varlığını bu gün də davam etdirməsi terrorizmə qarşı qlobal mübarizənin aparıldığı indiki dövrdə dünyanın bu təhlükədən xəbərdar olmasını zəruri edir.
Məhz bütün bunlardan sonra, danılmaz tarixi həqiqətlərdən xəbər verən “Erməni terrorizmi” kitabının Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən “ekstremist material” kimi qələmə verilərək bu iddianın qanuniləşdirilməsi üçün aparılan fəaliyyət heç bir halda sakit qarşılana bilməz. Tarixi həqiqətlərin yayılmasına mane olmaq cəhdləri, ilk növbədə, söz, ifadə azadlığının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Onu da xatırladaq ki, bir müddət əvvəl Fransada qondarma “erməni soyqırımı”nı inkara görə cəza müəyyənləşdirən qanun layihəsinin müzakirəsi də həm ölkənin içərisində, həm də xaricdə demokratik azadlıqlara, fikir plüralizminə hədə kimi qiymətləndirilmişdi. Eynilə, Rusiya hüquq-mühafizə orqanlarının tarixi faktları inkar etmək, obyektiv reallığı erməni lobbisinin maraqlarına uyğun dəyişdirmək, ifadə azadlığını məhdudlaşdırmaq cəhdləri qınağa layiqdir.
Digər tərəfdən, bu addım Rusiyanın maraqlarına da cavab vermir. Bildiyimiz kimi, bu addım Rusiyada yaşayan azərbaycanlı icmasında narazılıq doğurub. Eyni zamanda, “Erməni terrorizmi” nəşrinə qarşı aparılan kampaniya Azərbaycanda da olduqca mənfi qarşılanır. Üstəlik, son zamanlar Rusiyada miqrantlara, o cümlədən azərbaycanlılara qarşı dözümsüzlüyün, təzyiqlərin artdığı bir vaxtda aparılan bu fəaliyyət ölkənin imicinə daha da zərbə vuran amilə çevrilə bilər. Üstəlik, belə bir addımı Azərbaycandakı rus icması da təqdir edə bilməz. Xatırladaq ki, erməni terrorizminin və vəhşiliyinin qurbanları içərisində xeyli sayda ruslar da var. Hələ 1918-ci ildə Azərbaycanın müxtəlif regionlarında Azərbaycan türkləri ilə yanaşı yəhudi, ləzgi, talış və digər etnosların nümayəndələrinin də daşnak quldur dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi, soyqırımına məruz qoyulması erməni terrorizminin etnik, dini sərhəd tanımadığını göstərdi. Hətta erməni terrorçuları 1977-ci ildə Moskva metrosunda da çoxlu sayda insanın ölümü ilə nəticələnən terror hadisəsi törədiblər.
Beləliklə, mühüm tarixi həqiqətləri özündə konkret faktlarla əks etdirən bir nəşrin “ekstremist material” adlandırılmasına cəhd edənlər, ilk növbədə, rus xalqı qarşısında verəcəkləri cavabı düşünməlidirlər. Belə bir addımın atılması qədim rus xalqının mənimsədiyi ali dəyərlərə tamamilə ziddir. Bütövlükdə, “Erməni terrorizmi” nəşrinə qarşı yönələn fəaliyyət dərin təəssüf doğurmaqla yanaşı, Azərbaycan və Rusiya xalqlarının maraqlarına, eləcə də, iki ölkə arasındakı münasibətlərin ruhuna qətiyyən uyğun gəlmir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

