Pekində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
29.12.2013 [11:01]
Azərbaycanın Çindəki səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub.
Çində təhsil alan azərbaycanlı tələbələrin, digər həmvətənlərimizin iştirak etdikləri tədbirdə əvvəlcə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciətinin mətni oxunub.
Səfir Lətif Qəndilov bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində böyük rol oynadığını bildirib. Qeyd olunub ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və birliyinin möhkəmlənməsi, tarixi Vətənlə əlaqələrinin güclənməsi diaspor quruculuğunun mühüm tərkib hissəsidir.
Diplomat vurğulayıb ki, Ulu öndər Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyinin təmin olunmasını, onların Vətənlə əlaqələrinin möhkəmlənməsini daim diqqətdə saxlayırdı. Məhz Ümummilli liderin təşəbbüsü ilə dünya azərbaycanlılarının birinci qurultayı keçirilib, xaricdə yaşayan soydaşlarımızla bağlı fəaliyyət göstərən dövlət komitəsi yaradılıb.
Səfir bildirib ki, müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir: “Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün səylərimizi birləşdirməliyik”.
Digər çıxış edənlər də vurğulayıblar ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən prosesləri diqqətlə izləyir, ölkədə həyata keçirilən inkişaf və quruculuq işlərinə sevinir, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması ilə fəxr edir.
Xəbər lenti
Hamısına baxSosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17

