Azərbaycanda istehsal edilən ərzaq məhsulları daxili tələbatı tam şəkildə ödəməlidir
23.01.2014 [10:35]
Prezident İlham Əliyev: Mən hesab edirəm ki, 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir. Böyük proqramlarımız, planlarımız vardır
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, həmçinin inkişaf modelinin davamlı və səmərəli olmasının ən bariz sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə edilmiş nailiyyətlərdir. Belə ki, inkişafın Azərbaycan modeli üzrə həyata keçirilən siyasət çox qısa zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olub. Hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. Dövlət ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması, eyni zamanda, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Təsadüfi deyil ki, yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı zamanı Prezident İlham Əliyev aqrar bölmənin daha da inkişaf etdirilməsinin dövlətin əsas prioritetlərindən biri olduğunu bildirib: “Əlbəttə, kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunun deyə bilərəm ki, əsas istiqamətlərindən biridir. Keçən il kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. Ancaq potensial daha da böyükdür. Mən hesab edirəm ki, 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir. Böyük proqramlarımız, planlarımız vardır. Həm struktur xarakterli islahatlar, idarəçilikdə təkmilləşmə getməlidir. İndi subsidiyalarla bağlı yeni təkliflər müzakirə edilir. Əlbəttə ki, dövlət investisiyaları, infrastruktur layihələri, xüsusilə, suvarma ilə bağlı olan layihələr hesab edirəm ki, kənd təsərrüfatının inkişafına yeni təkan verəcəkdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ən böyük vəsait fermerlərə verilir. Bu il də bu, davam etdiriləcəkdir”.
Beləliklə, aqrar sahədə infrastruktur layihələrinin davamlılığı ölkəmizdə kənd təsərrüfatının inkişafına müsbət təsirini göstərib. Nəticədə, 2013-cü ildə də kənd təsərrüfatı məhsuldarlığı yüksək olub (təxminən 5 faiz). Rəqəmlərlə ifadə etsək, ötən il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2961,8 min ton taxıl, 992,7 min ton kartof, 1204,3 min ton tərəvəz, 42,6 min ton pambıq, 839,7 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 152,5 min ton üzüm, 180,8 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,5 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 452,1 min ton ət, 1669,6 min ton süd, 1279,6 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunub. Dəyər ifadəsində bitkiçilik məhsullarının istehsalı 4 faiz, heyvandarlıq məhsullarının istehsalı 5,5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4,8 faiz artıb.
Qeyd etdiyimiz kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son illər dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və s. əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olub, bəzi ölkələrdə ərzaq qıtlığı artıq real təhlükəyə çevrilib. Bu baxımdan Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Ümumiyyətlə, milli təhlükəsizliyin tərkib hissələrindən biri olan ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Azərbaycanda sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatının inkişafına və ərzaq məhsullarının istehsalına müsbət təsir edib. Xüsusən də, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Dövlət Proqramında ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlərin görülməsi nəzərdə tutulub. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün ölkədə səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahələri üzrə də əsaslı islahatlar reallaşdırılıb. Dövlət başçısının qeyd etdiyi kimi, son illərdə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük addımlar atılıb, idxaldan asılılığımız azalıb: “Bu gün Azərbaycanda bütün əsas ərzaq məhsulları istehsal edilir, bəzi məhsulların istehsalı tələbatımızı tam ödəyir, bəzi sahələrdə hələ ki, idxaldan asılıyıq. Ancaq, bildiyiniz kimi, mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, Azərbaycanda bütün əsas ərzaq məhsulları tam şəkildə öz tələbatımızı təmin etməlidir. Yəni, bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan da tez bir müddətdə 3-cü regional inkişaf Proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapsın”.
Beləliklə, intensiv metodlara əsaslanan aqrar sektorun formalaşdırılmasına yönələn siyasət çərçivəsində həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini verib, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olub. Bu gün ölkədə sahibkarlığın inkişafı istiqamətdə görülən işlərin məntiqi nəticəsi olaraq, Azərbaycanda özəl sektor da dinamik inkişaf edir ki, bu da öz növbəsində qeyri-neft iqtisadiyyatının inkişafına təkan verir. İlk növbədə, daxili bazarın rəqabət qabiliyyətli məhsullarla təminatı vətəndaşların ölkədə istehsal olunan ən yüksək keyfiyyətli məhsullarla təmin edilməsini əsaslandırır. Lakin kənd təsərrüfatının, emal sənayesinin sürətli inkişafı eyni zamanda, istehsal edilən məhsulların keyfiyyət və kəmiyyətcə rəqabət qabiliyyətli olması və xarici bazarlara çıxa bilməsini labüdləşdirir. Ona görə də, rəqabət qabiliyyətli məhsulların istehsalının artırılması ən vacib prioritetlərdən birinə çevrilib.
Bundan başqa, dövlət başçısının tapşırığına əsasən, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması prosesi də həyata keçirilir. Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması nəzərdə tutulur. Layihələrin reallaşdırılması zamanı əsasən məcburi köçkün və yerli sakinlərin işlə təmin olunmasına önəm verilir. Artıq Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılıb. Növbəti addım olaraq Cəlilabad, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılıb. O cümlədən, meliorasiya və irriqasiya layihələri nəticəsində on minlərlə hektar torpaq sahəsinin dövriyyəyə buraxılması nəzərdə tutulub. Şəmkirçay su anbarının tikintisinin bu il başa çatması isə qərb zonasında kənd təsərrüfatının inkişafına böyük təkan verəcək. Bununla yanaşı, kənd təsərrüfatı texnikasının alınması və Azərbaycanda istehsalı ilə bağlı konkret təkliflər hazırlanır. Qeyd olunanlar isə, ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsini yüksəldib. Hazırda ölkə əhalisinin istifadə etdiyi bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Xüsusilə son illərdə yeni açılan müəssisələr hesabına süd və ət məhsullarının, meyvə-tərəvəz konserv və şirələrinin istehsal gücləri, o cümlədən bazara təqdim olunan məhsul çeşidləri əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, son 10 ildə ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəldilən tədbirlər nəticəsində bitkiçilik məhsulları 3,1, heyvandarlıq məhsulları 3,4, ət istehsalı 1,6, sənaye üsulu ilə quş əti istehsalı 4,6, yumurta istehsalı 1,8, süd istehsalı 1,5, taxıl istehsalı isə 1,4 dəfə artıb. Bu ildə də kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davam etdirilməklə yanaşı, bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, kənd təsərrüfatında intensiv metodların tətbiqinin stimullaşdırılması, sığortalanma mexanizminin yaxşılaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının təşviqi, müasir texnologiyalara əsaslanan iri təsərrüfatların yaradılması prioritetlər sırasındadır. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetiriləcək, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.
SEVİNC
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36

