Azərbaycan regional və beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınır
25.01.2014 [10:53]
Prezident İlham Əliyev: Biz regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görürük. Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib
Beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycanın dinamik inkişafının əsasında səmərəli iqtisadi-siyasi kurs dayanır. Təsadüfi deyil ki, rasional iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına təkan verib. Bununla yanaşı, ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləməkdədir. Dünyanın nüfuzlu iqtisadi-maliyyə institutları bu faktı xüsusi olaraq qeyd edirlər və Azərbaycan iqtisadiyyatının yüksək beynəlxalq nüfuza malik olması təqdirəlayiq hal kimi səciyyələndirilir. Eyni zamanda, rasional iqtisadi islahatlar da Azərbaycan iqtisadiyyatının dinamik inkişafını şərtləndirən mühüm amillərdəndir. Belə ki, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Yəni, Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları mümkün edib.
Onu da qeyd etmək lazımdır ki, dünyanın üç aparıcı reytinq agentliyi - “Standard & Poor’s”, “Fitch” və “Moody’s” - mütəmadi olaraq Azərbaycanın kredit reytinqini artırmaqdadırlar.
Yeri gəlmişkən, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edən uğurlu vəhdətinin yaradılmasıdır. Şübhəsiz, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası rasional səciyyə daşıyır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Məhz bunun başlıca göstəricisidir ki, güclü iqtisadiyyata malik olan inkişaf etmiş dövlətlərin əksəriyyətinin ciddi itkilərə məruz qaldığı bir dövrdə-beynəlxalq böhran şəraitində Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub-saxlamağı bacarıb.
Bütün bunların fonunda qarşıya qoyulan strateji məqsəd perspektivdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qatılmasıdır. Bunun üçün artıq konseptual əsaslar da formalaşdırılıb. Belə ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında milli inkişafın bütün əsasları, istiqamətləri, hədəflər və prioritetləri müəyyənləşdirilib, eyni zamanda, Azərbaycanın yaxın gələcəkdə inkişaf etmiş ölkələr sırasına daxil olması nəzərdə tutulub.
Başqa sözlə, 2020-ci ilədək dövrü əhatə edəcək “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir. Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması əsas məqsəd kimi nəzərdə tutulan sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rifah, siyasi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq və ölkəmiz intensiv inkişaf dinamikası ilə inkişaf etmiş ölkələr sırasında qərarlaşa biləcək.
Cənubi Qafqaz geosiyasi məkanının lider aktoru olan Azərbaycanın iştirakı ilə regional miqyaslı, qlobal xarakterli strateji layihələrin reallaşdırılıması, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi bu kontekstdə xüsusi olaraq qeyd edilməlidir. Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya - yeni sərhədlər” mövzusunda sessiyada çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, biz regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görürük: “Bildiyiniz kimi, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib”.
Yeri gəlmişkən, Dünya İqtisadi Forumunda ölkəmizə göstərilən yüksək səviyyəli diqqət sadalananlar nöqteyi-nəzərdən heç də təsadüfi xarakter daşımır. Məlum olduğu kimi, ölkəmiz bu Forumun mütəmadi iştirakçılarından biri olmaqla yanaşı, eyni zamanda, bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Bu hadisənin əhəmiyyətini daha dəqiq anlamaq üçün ilk növbədə Dünya İqtisadi Forumunun müxtəlif ölkələr və dünya iqtisadiyyatı üçün kəsb etdiyi önəmə toxunmaq gərəkdir. Dünyanın aparıcı iqtisadi tədqiqat və analitik mərkəzləri Davos Forumunu ümumdünya antiböhran sammiti də adlandırırlar. Dünya İqtisadi Forumu ilk dəfə 1971-ci ildə İsveçrədə biznesmen, professor Klaus M.Şvab tərəfindən təsis olunan dövlət və hökumət başçılarının, yüksək vəzifəli biznesmenlərin, elm xadimlərinin iştirakı ilə keçirilən geniş tərkibli illik iclaslarıdır. Forum əksər hallarda İsveçrənin Davos şəhərində təşkil olunduğu üçün həmçinin Davos Forumu adlandırılır. Dünya İqtisadi Forumunun hazırda Çinin Tayvan əyalətində və Nyu-Yorkda nümayəndəlikləri mövcuddur. İqtisadi mövzularda müzakirələr üçün dünyanın əsas meydanlarından biri kimi qəbul edilən Dünya İqtisadi Forumu həm də qlobal və regional səviyyədə dünyanın başlıca siyasi və sosial problemlərinin diskussiyaların aparılması üçün ideal ortam hesab olunur. Bir neçə gün davam edən Forum müddətində dünyanın iri şirkətlərinin rəhbərləri ilə dialoqların qurulması və müxtəlif ölkələrin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi üçün də əlverişli imkanlar yaradılır. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və bu sessiyaların əksəriyyəti geniş miqyasda izlənilməsi üçün İsveçrənin yerli kanallarında canlı olaraq nümayiş etdirilir.
Fəaliyyətində birtərəflilik prinsiplərinə əsaslanan Forumun fəaliyyəti gəlir və ya mənfəət qazanmaq məqsədi güdmür. Forumun Təşkilat Heyəti 20 üzvdən ibarətdir. 2005-ci ilin yanvarında Dünya İqtisadi Forumu çərçivəsində Gənc Qlobal Rəhbərlər adlı müstəqil təşkilat təsis olunub. Sözügedən təşkilatın üzvləri yaşı 40-dan az olan iqtisadi, elmi və siyasi, o cümlədən kommunikasiya sahəsində dünyanın aparıcı mütəxəssisləridir. Dünya İqtisadi Forumu illik dünya forumları ilə yanaşı, Latın Amerikası, Orta Şərq, Afrika, Şərqi Asiya, Rusiya, Avropa və Mərkəzi Asiya üzrə regional iqtisadi forumlar da təşkil edir.
Göründüyü kimi, bu mötəbər beynəlxalq forumda uğurla təmsil olunan Azərbaycan beynəlxalq iqtisadiyyata tam inteqrasiya olunub. Mövcud reallıqlar və tendensiyalar isə Azərbaycanın gələcəyə dinamik inkişaf tempi ilə irəlilədiyini göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

