Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
01.02.2014 [09:12]
Prezident İlham Əliyev: Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır
Son illər Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı geniş və ardıcıl mübarizə aparılmaqdadır. Müvafiq istiqamətdə həyata keçirilən sistemli islahatlar dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını və Prezident İlham Əliyevin ölkəmizdə korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir ki, “Transparency İnternational” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” adlı hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olduğu bir daha təsdiqlənib. Çoxsaylı araşdırmalar və təhlillərə əsasən tərtib edilən hesabatın nəticələrinə görə, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb.
Heç də təsadüfi deyil ki, yanvarın 9-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı dövlət başçısı bir daha qeyd edib ki, görülən kompleks tədbirlər nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində gözəl nəticələr əldə olunub. Bununla belə dövlət başçısı əldə olunan nailiyyətlərlə kifayətlənməmək və mübarizə tədbirlərini gücləndirmək haqqında tapşırıqlar verib: “Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır”.
Qeyd edək ki, dövlət başçısının sözügedən iclasda ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, habelə əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha da ciddi mübarizə aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi tərəfindən korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi, cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir neçə müəssisədə belə korrupsiya hüquqpozma faktları aşkarlanıb. Belə ki, “Pal Süd Dağıtım” MMC-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb. Cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun MMC-yə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, digər qanun pozuntusu Bərdədə qeydə alınıb. Belə ki, “Bərdə Yağ Pendir Az Qida” MMC-nin əməkdaşlarının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumat araşdırılıb. Araşdırma zamanı cəmiyyətin satış təmsilçisi Könül Nəbiyeva və qeyriləri qulluq mövqeylərindən istifadə etməklə ticarət obyektlərindən qəbul etdikləri onlara etibar edilmiş pul vəsaitlərini mənimsəməklə MMC-yə külli miqdarda (32.115 manat) ziyan vurmalarında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Xatırlatmaq yerinə düşər ki, 2013-cü il ərzində idarənin İstintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 41 şəxs barəsində 16 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 36 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 5 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 8 şəxs barəsində 4 iş səhlənkarlıq, 124 şəxs barəsində 65 iş mənimsəmə və israf etmə, 1 şəxs barəsində 1 iş təbii qaz, elektrik və istilik enerjisini talama, 17 şəxs barəsində 7 iş qanunsuz və yalançı sahibkarlıq, 2 şəxs barəsində 2 iş vergidən yayınma, 84 şəxs barəsində 51 iş dələduzluq, 16 şəxs barəsində 13 iş isə digər faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulmuş 40 milyon 92 min manat ziyandan istintaq müddətində 17 milyon 236 min manat və ya 42,9 faizi ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumatda daha sonra bildirilir ki, dövlət başçısı cənab İlham Əliyevin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqına təbriki zamanı və cari il yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıq və tövsiyələrə uyğun olaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

