Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə İran arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Azərbaycan ilə İran arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub

06.02.2014 [09:33]

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İslam Şurası Məclisinin üzvü, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sobhanifər ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə iki ölkə arasındakı dini, tarixi, mədəni bağlılıqlardan söhbət açılıb, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
R.Sobhanifər İran-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin Azərbaycana səfərini xatırladıb, azərbaycanlı həmkarlarını da İrana səfərə dəvət edib.
Görüşdə səfir C.Axundov İran ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında parlamentlərarası əlaqələrin, xüsusilə dostluq qruplarının rolunu yüksək qiymətləndirib. Səfir İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament sədrlərinin 9-cu iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə yaxın günlərdə Tehrana səfəri planlaşdırılan nümayəndə heyətinin tərkibində Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin də yer aldığını diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31