Azərbaycanın xarici işlər naziri İraqda rəsmi səfərdə olub
11.02.2014 [09:05]
Fevralın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İraq Respublikasında rəsmi səfərdə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfər zamanı Elmar Məmmədyarov İraqın Baş naziri Nuri Əl-Maliki və xarici işlər naziri Xoşyar Zebayri ilə görüşlər keçirib.
İraqın Baş naziri Nuri Əl-Maliki ilə görüşdə ikitərəfli münasibətlərin inkişafı, müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, enerji, təhsil sahələrində əməkdaşlığın perspektivləri, eləcə də iki ölkə arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə edilib.
Elmar Məmmədyarov İraqın Baş nazirinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyini və rəsmi Yerevanın bu qətnamələri hələ də yerinə yetirmədiyini, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini diqqətə çatdırıb.
Nuri Əl-Maliki İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib. Baş nazir İraqın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini söyləyib, Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul olunmuş və tanınmış ərazi bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirib və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
İraqın xarici işlər naziri Xoşyar Zebayri ilə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub, iqtisadiyyat, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə birgə səylərin artırılmasının vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda, xarici işlər nazirləri iki ölkə arasında fəaliyyət göstərən hökumətlərarası komissiyanın fəaliyyətini müzakirə ediblər.
Görüşdə müştərək komissiyanın İraq tərəfindən həmsədri, bu ölkənin rabitə və əyalətlər naziri əvəzi Turhan Əl-Mufti də iştirak edib.
Görüşdən sonra Elmar Məmmədyarov və Xoşyar Zəbayri kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20

