/ / Dövlətimiz qaçqın və məcburi köçkünlərin problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır
Dövlətimiz qaçqın və məcburi köçkünlərin problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır
18.02.2014 [09:23]
Qubadlı rayonu İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib
Dünən Qubadlı rayonunun Sumqayıt şəhərində yerləşən İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Milli Məclisin deputatı İmamverdi İsmayılov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev iştirak ediblər.
Tədbirdə geniş məruzə ilə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, 2013-cü il Azərbaycan Respublikasının tarixinə inkişaf ili kimi daxil olub.
M.İsaqov deyib ki, 2013-cü il ərzində Qubadlı rayonundan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib.
Hesabat məruzəsində qeyd olunub ki, rayon İcra Hakimiyyəti əhalinin sıx məskunlaşdığı binalarda dam örtüklərinin təmirinə xüsusi diqqət ayırıb, bir sıra məskunlaşma yerlərində təmir işləri aparılmasını təmin edib. Bu məqsədlə, Qubadlı rayonundan olan köçkünlərin daha çox məskunlaşdığı Sumqayıt şəhərində 10 məskunlaşma obyektində yararsız vəziyyətdə olan dam örtüyü yenisi ilə əvəz olunub.
Bildirilib ki, ötən il Xıdırlı, Çardaqlı, Xələc və Aşağı Mollu kənd tam orta məktəblərinin məskunlaşdığı ərazilərə asfalt örtük salınaraq təmir işləri aparılıb. İnşaatçılar qəsəbəsindəki 8 saylı yataqxananın həyətinə 1000 kvadrat metr sahəyə çınqıl tökülməklə, asfalt beton örtük döşənib. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində aparılan işlər hesabat ilində davam etdirilib.
Qeyd edilib ki, 2013-cü ildə şəhid ailələrinə 4 dəfə müxtəlif ərzaq yardımı verilib. Digər aztəminatlı ailələrə 16 min 780 manatlıq sənaye malı paylanıb. Ötən il işsizliyin aradan qaldırılması istiqamətində addımlar atılıb. Belə ki, iqtisadiyyatla məşğul olanların sayı 10 min 680 nəfər olub ki, onların 3 min 17 nəfəri dövlət müəssisələrində, 7 min 663-ü isə qeyri-dövlət müəssisələrində çalışır.
2013-cü ildə rayonun ümumtəhsil məktəblərini 339 nəfər bitirib. Rayon Mədəniyyət və Turizm şöbəsinin hesabat ilində öz işini günün tələbləri səviyyəsində qurmağa çalışdığı diqqətə çatdırılıb. Bildirilib ki, rayon poliklinikası müasir avadanlıqlarla və ixtisaslı tibb personalı ilə təmin edilib. Eyni zamanda, gənclərlə bağlı dövlətin müəyyənləşdirdiyi strateji kursa uyğun ardıcıl iş aparılır, gənclərin sağlam həyat tərzinə malik vətənpərvər gənclər kimi formalaşması daim diqqət mərkəzində saxlanır.
Bundan başqa, Ümummilli lider Heydər Əliyevin 90 illik yubiley tədbiri yüksək səviyyədə qeyd edilib, rayonun ermənilər tərəfindən işğalının 20 illiyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunub.
O da qeyd olunub ki, YAP Qubadlı rayon təşkilatının 3500-ə yaxın üzvü var və ötən il keçirilən prezident seçkilərində partiya üzvləri yüksək fəallıq nümayiş etdiriblər.
Sonra rayon Maliyyə şöbəsinin rəisi Kəmaləddin Rüstəmov, rayon Mərkəzi xəstəxanasının baş həkimi Nüsrət Əhmədov, rayon Təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva və başqaları çıxış ediblər. Daha sonra toplantının qərar layihəsi və tədbir iştirakçıları adından Azərbaycan Reskublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

