Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

06.03.2014 [09:39]

Martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Vitezslav Pivonka ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildiriblər ki, Elmar Məmmədyarov Vitezslav Pivonkanı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda parlamentlərarası əlaqələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd edilib.
Səfir Vitezslav Pivonka fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında münasibətlərin hərtərəfli inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Diplomat etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31