/ / Bahar Muradova: Minsk qrupunun fəaliyyət göstərdiyi 20 il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün itirilmiş illərdir
Bahar Muradova: Minsk qrupunun fəaliyyət göstərdiyi 20 il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün itirilmiş illərdir
08.05.2014 [09:32]
Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib.
Trend-in məlumatına görə, jurnalistlərə açıqlama verən B.Muradova bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi 20 il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün itirilmiş illərdir: “ATƏT-in Minsk qrupunun fəaliyyətini hər zaman tənqid etmişik. Atəşkəsin əldə olunmasının 20 illiyi ərəfəsində yenə də başqa cür danışa bilmirik. Çünki təəssüf ki, böyük ümidlər doğuran, münaqişənin həlli üçün imkanlar yaradan bu müddətdən səmərəli istifadə olunmadı və bu illər ərzində görülmüş müsbət işlər barədə bir-birimizi təbrik edə bilmədik”.
Vitse-spiker deyib ki, bu müddət ərzində bəlkə də döyüşlərdən sonra bir az dincəlmək, ölkədaxili, beynəlxalq məsələlərlə məşğul olmaq imkanı yarandı, amma ölkə üçün ən önəmli, vacib məsələ olan Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Bu da bizi narahat edir. Atəşkəsin 20 illiyi ərəfəsində nə onu əldə edənləri, nə onun qorunub saxlanması üçün çalışanları, nə də sülhün intizarında olan vətəndaşları təbrik edə bilirik”.
B.Muradovanın sözlərinə görə, bu məsələ ATƏT-in sessiyalarında müzakirə olunur. Ölkələri də, beynəlxalq ictimaiyyəti də, insanları da qeyri-müəyyən vəziyyətdə saxlayan vaxtın uzanması qeyri-məqbul hesab edilir. ATƏT-in Bakıda keçirilən 23-cü illik sessiyasında mövcud durum nəzərə alınaraq bu məsələ ətrafında müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24

