Riçard Morninqstarın siyasi manipulyasiyası və ziddiyyətli məntiqi
20.05.2014 [08:55]
ABŞ səfirinin səsləndirdiyi bir çox fikirlər Azərbaycan reallığını əks etdirməyən, ölkələr arasındakı tərəfdaşlıq münasibətlərinin mahiyyətinə uyğun olmayan qərəzli və manipulyasiya xarakterli ifadələrdir
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsində səsləndirdiyi bir sıra fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Bu isə heç də təsadüfi deyil. Çünki səfirin sözgedən müsahibədə ifadə etdiyi bir çox fikirlər Azərbaycan reallığını əks etdirməyən, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərinin mahiyyətinə uyğun olmayan qərəzli və manipulyasiya xarakterli ifadələrdir. Bu baxımdan, bir neçə mühüm məqama nəzər yetirmək məqsədəmüvafiqdir.
“Demokratiya”, “insan hüquqları” məsələləri təsir və manipulyasiya vasitəsi kimi...
İlk növbədə belə bir məqam diqqəti çəkir: R.Morninqstar müsahibəsində regional və beynəlxalq hadisələrə nəzər yetirərək qeyd edir ki, təhlükə qarşısında “Azərbaycanın müstəqilliyinin arxasında kim dayanacaq? ABŞ və Avropadan başqa kim?”.
Ekspertlərin qənaətinə görə, bu məqam, əslində, səfirin dili ilə ABŞ və Avropanın “demokratiya”, “insan hüquqları” pərdəsi arxasında müxtəlif ölkələrə qarşı həyata keçirdiyi siyasətin ifşa olunmasıdır. İctimai rəydə belə bir yekun qənaət var ki, bəhs olunan aktorlar ayrı-ayrı ölkələrin müstəqilliyinin dəstəklənməsi adı altında beynəlxalq miqyasda demokratik dəyərlərdən siyasi təsir vasitəsi və manipulyasiya predmeti kimi istifadə edirlər. Gürcüstan, Ukrayna və Yaxın Şərqdə baş verən son hadisələrdən anlaşıldı ki, ABŞ və Avropanın ixrac etməyə çalışdıqları heç də “demokratik dəyərlər” sistemi deyil. Bu, yalnız hegemon güclərin geostrateji maraqlarına xidmət edən təzyiq vasitəsidir. Belə bir situasiyada səfirin Ukraynada baş verən hadisələrin digər ölkələrdə də təkrarlana biləcəyi ehtimalını irəli sürməsi məhz bu məqamlardan xəbər verir. Bu, bir tərəfdən ayrı-ayrı müstəqil milli dövlətlərin daxili işlərinə müdaxilədirsə, digər tərəfdən, ictimai rəylə manipulyasiya etmək deməkdir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov müsahibəsində bu məqama toxunaraq qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibə Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir: “Əslində bu, hamı üçün aydındır. ABŞ və yaxud başqa bir dövlətin səfirinin başqa bir ölkənin daxili işlərinə qarışmaq hüququ yoxdur. Azərbaycan üçün belə bir mövqe qəbuledilməzdir. Eyni zamanda, ölkənin daxili işlərinə müdaxilə səfirlərin beynəlxalq aləmdə qəbul edilmiş missiyasına uyğun deyil. Səfirin bu addımı Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının maddələrinin kobud şəkildə pozulması deməkdir”.
Azərbaycan hökumətinin monolitliyini göstərən əsas fakt onun müstəqil daxili və xarici siyasət kursuna malik olmasıdır
R.Morninqstarın müsahibəsində diqqəti çəkən manipulyasiya xarakterli digər fikir isə Azərbaycan hökumətinin guya monolit olmamasıdır. Halbuki Azərbaycan hökumətinin monolit olmasını göstərən əsas fakt onun müstəqil daxili və xarici siyasət kursu həyata keçirməsindən bəlli olur. Digər tərəfdən, ölkəmizdə xalq-hakimiyyət birliyi təmin olunub ki, bu da monolitliyi əks etdirən əsas faktlardandır. Bununla yanaşı, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib ki, Azərbaycan hökumətinin monolitliyindən bəhs edərkən bu məqama da xüsusilə toxunmaq gərəkdir. Bununla yanaşı, Azərbaycanda əsaslı ictimai-siyasi sabitliyin hökm sürməsi də hökumətin monolitliyini göstərir.
Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bu məsələyə münasibətində bildirib ki, Azərbaycanda hakimiyyət monolitdir və xalqla iqtidar arasında birlik mövcuddur. Millət vəkili qeyd edib ki, Azərbaycanda heç bir qarışıqlıq və qarşıdurma yaranma ehtimalları yoxdur: “Çünki Azərbaycan dövləti kifayət qədər güclüdür. Hesab edirəm ki, ABŞ səfiri obyektiv vəziyyəti ətraflı təhlil etmədən bu fikirləri səsləndirib”.
Morninqstarın öz fikirlərini pərdələmək cəhdləri...
Bunlarla yanaşı, Morninqstar bu fikirlərini pərdələməyə də çalışıb. Onun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 rayonunun Azərbaycana qaytarılmasının vacibliyini vurğulaması pərdələnmək cəhdlərindən başqa bir şey deyil. Amma istənilən halda səfirin bu mövqeyi ictimaiyyət tərəfindən haqlı qınaqla qarşılanıb. Bu, təsadüfi deyil, çünki Azərbaycan xalqı ayrı-ayrı qüvvələrin hansı maraqları güddüyünü yaxşı anlayır.
Əlbəttə, bütün hallarda, Azərbaycan öz inkişaf yolunda irəliləyir və bu kimi təsir vasitələrinin neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil. Bunlar nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki, ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

