Yeni mürəkkəb geostrateji şəraitdə Azərbaycan diplomatiyasının uğuru...
23.05.2014 [09:20]
Yaxud, ölkəmiz həm müxtəlif regionlardakı dövlətlərlə geniş xarici əlaqələrə, həm də davamlı daxili sabitliyə və inkişafa nail olub
Məlum olduğu kimi, son dövrlərdə dünyada geosiyasi proseslər daha da kəskinləşib. Belə ki, bir çox regionlarda siyasi böhranlar, qarşıdurmalar baş verməkdədir. Qlobal iqtisadi böhranın nəticələrinin hələ tam aradan qaldırılmadığı Avropa qitəsində mədəniyyətlərarası qarşıdurma, radikalizm meyilləri artıb. Eyni zamanda, Ukraynada baş verən hazırkı olaylar, qlobal güclər arasında qarşıdurmanın şiddətlənməsindən, daha açıq hal almasından, həmçinin, beynəlxalq hüquq sisteminin böhranından xəbər verir. Bunlarla yanaşı, bəzi Yaxın Şərq və Şimali Afrika ölkələrində “demokratikləşmə” adı altında gedən dağıdıcı proseslər, vətəndaş müharibəsi, insanların ölümü, iqtisadiyyatın dağılması, ekstremizm və terrorizmin genişlənməsi “ərəb baharı”nın başlanğıcda yaratdığı eyforiyanı indi ruh düşkünlüyü və çaşqınlıqla əvəz edib. Həmçinin, Şərqi və Cənub-Şərqi Asiyadakı problemlər də daxil olmaqla regionlardakı münaqişə ocaqları beynəlxalq sülh və sabitliyi təhdid edir. Bütün bu proseslər isə qeyd olunduğu kimi, beynəlxalq hüquq böhranının yaşandığı bir dövrdə baş verir.
Lakin bu sadalananların fonunda, eyni zamanda, son illərdə Azərbaycanın fasiləsiz və yüksək tempdə inkişafı diqqəti cəlb edir. Ölkəmiz regionda sabitlik və dinamik inkişafın əsl nümunəsinə çevrilib. Respublikamızın daxilində gedən prosesləri, davamlı inkişafı, sosial-siyasi sabitliyi qonşu ölkələrdəki və qonşu regionlardakı vəziyyətlə müqayisə etdikdə, həqiqətən də, Azərbaycan qaynar siyasi, sosial proseslərlə çalxalanan regionda öz tarazlığını qoruyub saxlaya bilən, stabil inkişafa malik olan “sabitlik adası” təsəvvürü bağışlayır. Daxili sabitliyin olması ölkənin bütün sahələrdə gücünü artırır. Bu, ilk növbədə, ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan daxili sabitliyə, fasiləsiz sosial-iqtisadi inkişaf tempinə malikdir. Hərtərəfli inkişafa malik olan Azərbaycan regionda və dünyada öz sözünü deyir, milli maraqlara xidmət edən müstəqil siyasət yürüdür.
Əlbəttə ki, ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionu dünyanın bir sıra qaynar nöqtələrinə yaxın yerləşdiyi üçün olduqca həssas bölgədir. Lakin güclü Azərbaycan amili qlobal siyasi, iqtisadi müstəvidə baş verən hadisələrin Cənubi Qafqaz regionuna nüfuz etməsinə mane olur. Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın ümumi iqtisadiyatının 80 faizinə bərabərdir. Dünya İqtisadi Forumu rəqabətliliyinə görə Azərbaycanı 39-cu pilləyə yüksəlib. Əlbəttə ki, inkişafın olduğu yerdə sabitlik mühiti də möhkəmlənir. Perzident İlham Əliyevin ötən il gənclərlə görüşlərinin birində bildirdiyi kimi, Azərbaycan regionda sabitləşdirci rol oynayır: “Biz xoşbəxtik ki, müstəqil, güclü, özünü təmin edə bilən və inkişafda olan dövlətdə yaşayırıq. Biz azad, rahat, təhlükəsizlik şəraitində yaşayırıq. Bu da böyük nailiyyətdir. Bu da siyasətimizin nəticəsidir ki, bu gün Azərbaycan bu bölgədə sabitlik, təhlükəsizlik məkanıdır, nəinki ölkə daxilində, eyni zamanda, regionda sabitləşdirici rol oynayır. Bunu beynəlxalq müşahidəçilər də qeyd edir ki, Azərbaycan sabitləşdirici rol oynayır”.
Azərbaycanın regiondakı stabilləşdirici rolu təkcə ölkəmizin daxildəki inkişafı və sosial-siyasi sabitlik mühiti ilə məhdudlaşmır. Avropa ilə Asiya arasında siyasi, iqtisadi kommunikasiya funksiyasını yerinə yetirən Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələri, paytaxt Bakı başda olmaqla Azərbaycan şəhərlərinin mötəbər beynəlxalq siyasi, iqtisadi, humanitar tədbirlərin keçirildiyi, geniş müzakirələrin aparıldığı dialoq məkanına çevrilməsi, respublikamızda bu vaxtadək təşkil olunan və yaxın illərdə keçiriləcək nüfuzlu beynəlxalq musiqi, idman müsabiqələri ölkəmizə və Cənubi Qafqaz regionuna marağı artırır, bölgədə görülən işlərə cəlb olunan xarici tərəfdaşlar siyasi, iqtisadi maraqları naminə sabitliyin qorunub saxlanmasına çalışırlar.
Bölgədə sabitlik yaradan faktorlardan biri isə birbaşa olaraq Azərbaycan rəhbərliyinin diplomatik fəaliyyəti ilə bağlıdır. Bildiyimiz kimi, Azərbaycan qonşu dövlətlərlə və dünyanın müxtəlif regionlarındakı ölkələrlə münasibətləri qarşılıqlı hörmət, bərabərhüquqlu faydalı əməkdaşlıq prinsipləri üzərində qurur. Balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan region dövlətləri ilə münasibətləri yüksək səviyyədə saxlayır, bu münasibətləri pozmağa yönələn təxribatların və onların zərərli təsirlərinin qarşısını alır.
Bu bir həqiqətdir ki, hazırda Cənubi Qafqaz regionunda təhlükəsizlik və stabilliyə başlıca hədə Ermənistan dövlətinin yeritdiyi daxili və xarici siyasətdir. Sarkisyan rejimi altında hökm sürən qanunsuzluq şəraiti, sosial və iqtisadi həyatın iflic olması, ölkə əhalisinin sayının sürətlə azalması, siyasi sistemin funksionallığını və legitimliyini itirməsi və digər amillər nəticəsində Ermənistan ümumi xaos içərisindədir. Digər tərəfdən, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalını, zəbt etdiyi ərazilərdə qaçaqmalçılığa, narkotik maddələrin qanunsuz becərilməsinə, cinayətkar qrupların fəaliyyətinə dəstəyini, Türkiyəyə qarşı əsassız ərazi və qondarma “soyqırımı” iddialarını davam etdirir. Azərbaycan belə vəziyyətdə ən doğru seçimi edərək Ermənistanı iqtisadi blokada şəraitində saxlamaqla, işğalçı ölkəyə beynəlxalq müstəvidə siyasi və informasiya təzyiqi göstərməklə bölgədə sülhün, ədalətin bərpasına çalışır.
Azərbaycan haqq səsini xarici əlaqələrini genişləndirdiyi Latın Amerikası, Afrika, Şərqi və Cənub-Şərqi Asiya regionlarına da çatdırır, bölgə ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan siyasi, iqtisadi, humanitar əlaqələr qurur. Yəni, Azərbaycan heç bir siyasi mərkəzdən, qütbdən asılı olmadan öz müstəqil siyasətini yeridir. Bu isə heç şübhəsiz, daxili sabitliyi gücləndirməklə bərabər, ölkəmizə olan beynəlxalq hörməti də daim yüksək səviyyədə qoruyub saxlayır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

