Prezidenti və millət vəkilləri terrorçu olan dövlət
20.06.2014 [09:17]
Ziyafət Əsgərov: Bu gün Ermənistanda terror dövlət siyasətidir. Onun başında duran Serj Sarkisyan regionun bir nömrəli terrorçusudur
Azərbaycanın iqtisadi və hərbi gücünün artması, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda mövqeyimizin daha da möhkəmlənməsi, həmçinin, beynəlxalq müstəvidə ölkəmizin haqlı mövqeyini dəstəkləyənlərin sayının artması Ermənistan siyasi dairələrində ciddi narahatlıq doğurur. Elə erməni tərəfinin bir-birinin ardınca isterik bəyanatlar, əsassız iddialar səsləndirməsi də işğalçıların çıxılmaz vəziyyətə düşməsindən xəbər verir. Bununla yanaşı, görünən odur ki, Ermənistan özünün işğalçı və terrorçu siyasətindən əl çəkmək niyyətində deyil. Hər halda Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı Rouz-Rout seminarında iştirak edən Ermənistan nümayəndə heyətinin üzvlərinin çıxışları bu faktı bir daha təsdiqləyir. Belə ki, onların tutduqları mövqe həm Ermənistan prezidentinin, həm də erməni deputatlarının terrorçu olduğunu deməyə əsas verir. Bundan başqa, sözügedən tədbirin gedişində məlum olub ki, erməni deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır. Bunu seminarda Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov T.Poqosyanın Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham etməsinə cavab verərkən deyib. Z.Əsgərov erməni deputatı riyakarlıqdan və etikasızlıqdan əl çəkməyə çağıraraq yaxın tarixi saxtalaşdırmağa son qoymağı tələb edib: “Sən iki gündür burada Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham edirsən. Məgər bilmirsiniz ki, bu hadisəni Sovet “KQB”si və sizin Qriqoriyan edib?! Yeri gəlmişkən, artıq bunu istintaq da sübut edib. Amma sənin atan Qarabağda azərbaycanlılara qarşı öz yurdlarında qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar da var və hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən”.
Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, həmin tədbirdə erməni deputatlar dəfələrlə gündəlikdən kənara çıxaraq Azərbaycana qarşı əsassız ittiahamlarla çıxış ediblər. Məsələn, Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan seminarın gündəliyindən kənara çıxaraq, birbaşa Azərbaycanı ittiham etməyə başlayıb. O, son 7 ildə Azərbaycanın hərbi büdcəsinin 20 dəfə artdığını bildirərək, bunu regionda real təhdid kimi təqdim edib. Digər erməni deputat Tevan Poqosyan isə Dağlıq Qarabağ münaqişəsinin başlanmasında Azərbaycanı ittiham edib. O, tarixi faktları saxtalaşdırmağa cəhd edərək, guya SSRİ dağıldığı ərəfədə Azərbaycanda külli miqdarda silah-sursatın qaldığını və rəsmi Bakının bundan istifadə edərək ölkədəki erməniləri təhdid etdiyini bildirib.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə buna cavab olaraq iki gün ərzində Ermənistan nümayəndə heyətinin Bakıda təxribatla məşğul olduğunu, seminar adı ilə burada hansısa niyyətlə fəaliyyət göstərdiklərini bildirib. O, seminarın təşkilatçılarına bununla bağlı xəbərdar edib: “Seminarın gedişatı da göstərdi ki, Ermənistan nümayəndə heyəti seminarın gündəliyindəki mövzularla deyil, sırf Azərbaycanı NATO PA-da ləkələməklə məşğuldur. Mən onları çalışdım başa salam ki, əgər söhbət Azərbaycanın hərbi büdcəsinin artırılmasından gedirsə, dünya iqtisadiyyatında da Ümumi Daxili Məhsul deyilən bir anlayış var. Bilmirlərsə, gedib açıb oxusunlar. Yəni, əgər 90-cı illərin əvvəllərindən indiyə qədər Azərbaycanın ÜDM-i 10 dəfələrlə artıbsa, deməli, bu, paralel olaraq bütün sahələrlə yanaşı, hərbi büdcəyə də təsir edəcək. Bütün bunlar bir yana, ərazisinin 20 faizi işğal altında olan dövlət hərbi büdcəsini artırmalıdır, ya yox? Onsuz da ermənilər buna səmimi cavab verməyəcəklər, məlumdur ki, bura səmimiyyət üçün yox, başqa niyyət üçün gəliblər. Amma gəlin birlikdə ermənilərdən bu həqiqəti soruşaq: siz işğal etdiyiniz Azərbaycan torpaqlarını nə vaxt azad edəcəksiniz? Axı biz gözləyirdik ki, az-çox siyasi əxlaqı olan siyasətçi olaraq siz burada buna görə üzr istəyəcəksiniz. Çünki bu işğal çərçivəsində Xocalı soyqırımını törətdiniz, Azərbaycan ərazisində müxtəlif ictimai yerlərdə 30-dan çox terror aktı törətmisiniz. Mənə inanmırsınız, gedin İnterpolda axtarışda olan erməni hərbçilərinin siyahısına baxın. Cənab erməni həmkarlar, siz erməni terrorizmindən danışın. Çünki bu işi yaxşı bilirsiniz. Çünki bu gün Ermənistanda terror dövlət siyasətidir. Onun başında duran Serj Sarkisyan regionun bir nömrəli terrorçusudur”.
Beləliklə, baş verənlər növbəti dəfə erməni xislətini bütün dünyaya nümayiş etdirib. Eyni zamanda, burada diqqətçəkən bir məqam da odur ki, erməni deputatlar öz dövlətlərinin terrorçu olduğunu dolayısı ilə etiraf ediblər. Məsələn, NATO PA-nın sözügedən tədbirində K.Naqapetyan deyib ki, Ermənistan təcrid olunduğu üçün enerji nəqlinin təhlükəsizliyinə də heç bir təminat yoxdur. Onun ardınca çıxış edən T.Poqosyan iddia edib ki, enerji layihələrinə “Dağlıq Qarabağ” cəlb olunmayacaqsa, həmin kəmərlərin təhlükəsizliyi çox ciddi təhlükə altındadır. Bir sözlə, erməni deputatların bu mövqelərində hədələyici və təhdidedici amilləri, həmçinin, neft-qaz kəmərlərinin terrora məruz qalacağı barədə hədələri sezməmək mümkün deyil. Əslində, erməni tərəfinin bu niyyəti bütün bölgə, o cümlədən Avropa üçün təhdiddir. Digər tərəfdən, bütün beynəlxalq ictimaiyyət bu çıxışlarla Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə qaldırıldığının şahidi oldular.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

