/ / Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində olublar
Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində olublar
20.08.2014 [09:48]
Avqustun 19-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində olublar.
AzərTAc xəbər verir ki, şəxsi heyət üçün yaradılmış şəraitlə tanışlıq zamanı müdafiə nazirləri hərbi hissənin maddi-texniki bazasının yüksək səviyyədə olduğunu qeyd ediblər.
Bundan əvvəl isə qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinə tarixi abidə barədə ətraflı məlumat verilərək bildirilib ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olubdur. Qala müharibələr nəticəsində dağıdılıb və əvvəlki möhtəşəmliyini itirib. 2010-cu ildə abidənin bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə ötən il burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilib. Kompleksin ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılaraq ziyarətçilərin istifadəsinə verilib.
Kompleksin muzeyi ilə tanış olan qonaqlara bildirilib ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliklərə aid müxtəlif məişət əşyaları, son tunc və erkən dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır.
Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri Nuh Peyğəmbərin məzarüstü türbəsini, Duzdağ Fizioterapiya Mərkəzini, Möminə Xatun Türbəsini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq və Naxçıvan Dövlət Xalça muzeylərini də ziyarət ediblər.
Avqustun 19-da Türkiyə Respublikası və Gürcüstanın müdafiə nazirlərinin ölkəmizə səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

