Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aleksis Şahtaxtinski: Azərbaycanın tolerantlıq modeli Avropa üçün önəmlidir

Aleksis Şahtaxtinski: Azərbaycanın tolerantlıq modeli Avropa üçün önəmlidir

06.09.2014 [09:45]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ATƏT-in Azərbaycanda layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.
Komitədən AzərTAc-a verilən məlumata görə, Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün şəraitin yaradılması barədə ATƏT rəsmisinə məlumat verib. Eyni zamanda, Azərbaycanda dini abidələrin tikinti və bərpa işlərinə dövlət səviyyəsində böyük qayğının olduğunu vurğulayıb.
Aleksis Şahtaxtinski ATƏT-in tolerantlıqla bağlı müxtəlif layihələrinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın mövcud tolerantlıq modeli Avropa üçün önəm kəsb edir. ATƏT rəsmisi gələcəkdə də bu təcrübənin təşviq edilməsi istiqamətində birgə tədbirlərin keçirməsinin əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31