Dövlətin gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir
09.09.2014 [09:38]
Əli Həsənov: Ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını səmərəli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər
Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini də səmərəli gənclər siyasəti təşkil edir. Demokratiya yolunda inamla addımlayan, dinamik inkişafa və əsaslı ictimai-siyasi sabitliyə malik olan, beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanınan Azərbaycanda da səmərəli gənclər siyasəti həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu rasional gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənclər cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edirlər və onların fəaliyyəti Azərbaycanın dinamik inkişafına əhəmiyyətli töhfələr verir.
Konseptual xarakter daşıyan gənclər siyasəti Azərbaycanın inkişafına əhəmiyyətli töhfələr verir
Vurğulamaq gərəkdir ki, ölkəmizdə gənclər siyasəti konseptual xarakter daşıyır və Azərbaycan gəncliyinin inkişafı istiqamətində müvafiq Dövlət proqramları uğurla icra olunur. Belə ki, Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Həmçinin, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub.
Gənclər siyasəti çərçivəsində Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən gənclər mərkəzlərinin və gənclər evlərinin tikilməsi səmərəli nəticələrin əldə olunmasını şərtləndirib.
Beləliklə, konseptual xarakter daşıyan gənclər siyasəti, öz növbəsində, Azərbaycanın inkişafına əhəmiyyətli töhfələr verir.
Azərbaycanda reallaşdırılan gənclər siyasəti bir çox ölkələr üçün nümunədir
Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli addımlarından biri də ölkə gənclərinə hökumət vəsaiti ilə xarici dövlətlərdə nüfuzlu ali məktəblərdə oxumaq imkanı və şəraitinin yaradılmasıdır ki, bu gün bundan 10 minə yaxın gənc faydalanır. İkinci istiqamət isə Azərbaycanda qeyri-hökumət gənclər təşkilatları vasitəsilə həyata keçirilən gənclər işidir ki, bu sahədə də bir çox qurum aktiv şəkildə öz fəaliyyətini davam etdirir. Öz növbəsində, göstərilən diqqət və qayğıdan güc alan Azərbaycan gənclər təşkilatları bu gün yalnız yerli və məhdud səviyyədə deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, ölkəmizin gənclər siyasətini layiqincə tanıdırlar.
Beləliklə, bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti gəncliyin inkişafına xüsusi diqqət yetirir. Başqa sözlə, Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Bu siyasət bir çox inkişaf etmiş ölkələrin gənclər siyasətindən daha üstün və səmərəlidir, həmçinin, bir sıra ölkələr üçün nümunədir. Yeri gəlmişkən, sentyabrın 5-də Bakıda “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) XII Forumunda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu məsələyə toxunaraq qeyd edib ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını səmərəli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb: “Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər”.
Gənclər Azərbaycanın milli maraqları naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər
Beləliklə, bütün bunların fonunda gənclər ölkəmizin milli maraqları ətrafında sıx birləşməli, milli maraqlar naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Xüsusilə də, dövlətin dəstəyi ilə xaricdə təhsil alan gənclər daha geniş müstəvidə - çoxşaxəli fəaliyyət göstərməlidirlər. Bu baxımdan, bir neçə istiqamət xüsusi əhəmiyyət kəsb edir. Əsas istiqamət gənclərin təhsil aldıqları ölkələrdəki fəaliyyəti ilə bağlıdır. Bu kontekstdə Azərbaycan həqiqətlərinin, xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin xarici ölkələrin auditoriyasına çatdırılması və daxili həyata inteqrasiya koordinasiya olunmuş şəkildə həyata keçirilməlidir. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi, xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhərlərdə və ölkələrdə şəbəkələşməli, qrup halında təşkilatlanmalıdırlar: “Həmin qruplar ASAİF-in tərkib hissəsi kimi fəaliyyət göstərməli, vahid mərkəzdən əlaqələndirilməlidir. Sözügedən qrupların əsas işi diaspor və lobbiçilik olmalıdır.
Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən, işğal altındakı torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları ali məktəblərdə, olduqları auditoriyalarda hər fürsətdə faktlara əsaslanan təbliğatla məşğul olmalıdırlar”.
Heç şübhəsiz, sadalananlarla yanaşı, Azərbaycan mədəniyyətinin, tarixi dəyər və zənginliklərinin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biri kimi çıxış edir. Bir sözlə, Azərbaycan gəncliyi dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa strateji töhfələr verməlidir. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ASAİF-in XII Forumundakı çıxışı zamanı bu məsələ ilə bağlı bildirib ki, yeni çağırışlarla və reallıqlarla üz-üzə qalan dünyada yaşadığımız üçün gəncliyimiz həmin təmayüllərə cavab verməyə, ona müvafiq reaksiya göstərməyə qadir olmalıdır: “Gənclərimiz bu prosesdə digər yaş qruplarına nümunə olmalıdır. Bu mənada xaricdə təhsil alan və məzun olmuş gənclərimizin üzərinə böyük məsuliyyət düşür. ASAİF də bu mənada müəyyən qədər dəyişməli, öz fəaliyyətini daha çevik və praktik müstəviyə keçirməlidir. Bu günədək ASAİF-in fəaliyyəti yalnız Azərbaycanda və Avropanın digər ölkələrində forumlar keçirməkdən ibarət idisə, bundan sonra əməli fəaliyyətlərə başlamalı, xarici ölkələrdə şəbəkələşmə, lobbiçilik, diaspor işlərinə daha çox diqqət ayırmalıdır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22

