Azərbaycan ilə Rusiyanın regionları arasında əlaqələr möhkəmlənir
11.09.2014 [09:49]
Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfəri çərçivəsində Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sentyabrın 10-da Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Həştərxan vilayəti və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin, sosial-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi müzakirə olunub, həyata keçirilmiş və reallaşdırılması nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.
Aleksandr Jilkin Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, xalqlarımızın tarixi dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlərin görüldüyünü qeyd edib. O xüsusilə vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr Ümummilli lider Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu gün Prezident İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılır. Qubernator, həmçinin, dövlətimizin başçısının təşəbbüsü ilə Həştərxan vilayətində görülmüş genişmiqyaslı işlərdən də danışıb.
Qeyd olunub ki, Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin yenidən qurulması və yeni korpusunun tikilməsi, Ümummilli liderin abidəsinin Onun adını daşıyan parkda ucaldılması, Heydər Əliyev Parkı ilə I Pyotrun abidə kompleksini birləşdirən “Rusiya və Azərbaycan Dostluğu” piyada keçid körpüsünün açılması, “Meçta” uşaq-əyləncə şəhərciyinin salınması, Knyaz Vladimirin abidəsinin ucaldılması və digər layihələr dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edən amillərdəndir.
Abdin Fərzəliyev Azərbaycan tərəfindən Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan ilə Rusiya regionları arasında ikitərəfli münasibətlər möhkəmlənməkdədir və Həştərxan vilayəti bu sırada xüsusi yer tutur.
Görüşdə, həmçinin, Həştərxan şəhərində Heydər Əliyev Fondu tərəfindən Heydər Əliyev adına 11 nömrəli məktəbin nəzdində yeni 120 yerlik uşaq bağçasının inşasının ən müasir avadanlıqla təchiz edilərək yekunlaşmaq üzrə olduğu bildirilib, 1,5 hektar ətraf ərazidə yaşıllıqların salınması, dekorativ gül kollarının əkilməsi və cari il sentyabr ayının sonunda açılışının planlaşdırılması barədə məlumat verilib və bununla bağlı məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18

