Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
17.09.2014 [09:24]
Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının fəaliyyətinin təşkili ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, muxtar respublika Ali Məclisi Aparatının rəhbəri, Ali Məclisin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının və Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının sədr müavini Əli Həsənov, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov və Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli müzakirə olunan məsələ ilə bağlı məlumat veriblər.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının yaradılmasının əhəmiyyətini vurğulayıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilib, Mükafat Komissiyası yaradılıb, Komissiyanın Əsasnaməsi və tərkibi müəyyənləşdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu yaradılıb, Fondun Nizamnaməsi və Himayəçilik Şurasının tərkibi təsdiq edilib. Mükafat Komissiyasının yaradılmasının məqsədi Naxçıvan Muxtar Respublikasında ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etməkdən, Bilik Fondunun yaradılmasında isə məqsəd muxtar respublika əhalisini maarifləndirmək, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdan, Naxçıvanşünaslığın öyrənilməsindən, milli-mənəvi və dini dəyərlərin təbliğindən ibarətdir”.
Ali Məclisin Sədri muxtar respublika əhalisinin həm maarifləndirilməsi, həm də biliklərinin artırılması baxımından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Bilik Fondunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlar verərək deyib: “Fond muxtar respublika əhalisinin maarifləndirilməsi məqsədilə tədbirlər təşkil etməli, əhaliyə dolğun biliklər çatdırmalıdır. Həmçinin, Naxçıvanşünaslığın mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etməlidir. Xeyriyyə marafonlarının və mədəni-kütləvi tədbirlərin keçirilməsi Bilik Fondunun fəaliyyət istiqamətlərindən olmalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu ilə birlikdə gənclərlə işin təşkili üçün tədbirlər planı hazırlanmalıdır. Gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməlidir. Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə təhlil və tədqiqatların aparılmasına da xüsusi yer ayırmalı, dövlət siyasətinin mahiyyəti ilə bağlı materialların hazırlanaraq mətbuatda yayılmasını diqqətdə saxlamalı, elmi konfranslar, seminarlar, “dəyirmi masa”lar və disputlar təşkil etməlidir”.
Qeyd olunub ki, Bilik Fondu dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərməli, ehtiyac yarandıqda müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etməlidir. Fond təbliğat xarakterli materialların çap olunmasını, kitabların, analitik materialların hazırlanmasını və yayılmasını, eləcə də müvafiq tələblərə cavab verən əsərlərin Mükafat Komissiyasına təqdim olunmasını təmin etməlidir. Fondun Himayəçilik Şurası Fondun fəaliyyət istiqamətlərinə uyğun layihə və tədbirlərin həyata keçirilməsi üçün təkliflər hazırlamalı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etməlidir. Eyni zamanda, Fondun ilin sonunadək olan dövr üçün iş planı hazırlanmalı, kargüzarlıq işlərinin aparılması və qəbul edilən qərarların icrası təmin edilməlidir.
Elmi əsərlərin qiymətləndirilməsi və yaradıcı ziyalıların fəaliyyətinin stimullaşdırılması baxımından Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının da üzərinə mühüm vəzifələr düşdüyünü bildirən Ali Məclisin Sədri deyib: “Komissiya ilkin olaraq zəruri təşkilati işlər görməli, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə ən dəyərli əsər, yaxud layihələrin seçilməsinə ciddi yanaşmalı və tələbkar olmalıdır. Diqqət yetirmək lazımdır ki, mükafata təqdim edilən əsərlər elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlər olsun. Onlar fundamental və tətbiqi elmi araşdırmaların nəticələrini özündə əks etdirməlidir”.
Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, dövlət idarə və təşkilatları, ali təhsil müəssisələri mükafat üçün təqdim edilən əsəri ciddi müzakirə etməlidirlər. Fundamental və tətbiqi elmlərə aid əsərlər ali məktəblərin elmi şuralarında, bədii əsərlər isə yaradıcılıq birliklərində müzakirə edildikdən sonra Komissiyaya təqdim olunmalıdır. Ali təhsil müəssisələri bu sahəyə ciddi yanaşmalı, elmi işlərin hazırlanmasına diqqəti artırmalıdır.
Bəzi hallarda ali məktəblərin elmi şuraları ciddi müzakirə aparmadan əsərlərin çap olunmasına razılıq verirlər. Bu sahədəki nöqsanlar aradan qaldırılmalı, elmi əsərlərin yazılmasına tələbkarlıq artırılmalıdır. Əsərlərin Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasına vaxtında təqdim edilməsi də diqqətdə saxlanılmalıdır. Təqdim edilmiş əsərlərlə bağlı prosedurlara ciddi əməl olunmalı, mükafatlandırılacaq əsərlər vaxtında müvafiq müzakirələrdən keçirilməli, 2015-ci ilin sonunadək Komissiyaya təqdim edilməlidir.
Ali Məclisin Sədri deyib: “Naxçıvanın elmi potensialı böyükdür. Bu potensialı daha da inkişaf etdirmək, rus, ingilis və ərəb dillərində xarici ölkələrdə çap olunmuş elmi-kütləvi və bədii ədəbiyyatla muxtar respublika oxucularını, habelə bu sahədə muxtar respublikada əldə olunmuş nailiyyətlərlə xarici ölkə oxucularını tanış etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində tərcümə sektorunun yaradılması zəruridir. Ali Məclisin Aparatı bununla bağlı təklifləri ümumiləşdirib qısa müddətdə təqdim etməlidir. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi qanunvericiliyə uyğun olaraq elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları üçün vəsaitin ayrılmasını təmin etməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Mükafat Komissiyası ilə birlikdə Naxçıvan Muxtar Respublika mükafatları qalibinin diplomunun nümunəsini hazırlayıb qısa müddətdə Ali Məclisin Sədrinə təqdim etməlidir”.
Ali Məclisin Sədri yeni yaradılan hər iki qurumun - Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının üzvlərinə qarşıya qoyulmuş vəzifələrin icrasında uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

