Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıyıq

Siyavuş Novruzov: Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıyıq

19.09.2014 [09:53]

“Azərbaycan əleyhinə qəbul olunan qərəzli qətnamələrin əsas səbəbi dövlətimizin iqtisadi yüksəlişi, sürətli inkişafı, ölkəmizdə aparılan islahatlar, gəlirlərimizin artması, iqtisadi-hərbi gücümüz, sosial sahədə böyük uğurlarımız, dünyada artan iqtisadi üstünlüyümüz və siyasi nüfuzumuzdur”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Millət vəkilinin sözlərinə görə, Avropa Parlamentinin də Azərbaycanla bağlı məsələləri müzakirəyə çıxarması məhz qısqanclığın nəticəsidir: “Heç təsadüfi deyil ki, Avropa Parlamentinin müzakirə etdiyi qətnamə “Əsrin müqaviləsi”nin 20 illiyinə təsadüf edir. Ölkəmizlə bağlı Avropa Parlamentində müzakirəyə təqdim olunan layihə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu gözü götürməyən qüvvələrin, erməni lobbisinin bilavasitə dəstəyi, himayəçiliyi, təsiri nəticəsində fəaliyyət göstərən şəxslərin təqdim etdiyi layihədir. Həmçinin, bu layihələr qərbli deputatları “ələ almaq”la da müzakirəyə çıxarılır”.
Siyavuş Novruzov qeyd edib ki, Avropa Parlamenti ilə əməkdaşlıq məsələsinə yenidən baxmalıyıq: “Avronestdən isə, ümumiyyətlə, çıxmaq lazımdır. Bu təşkilat Azərbaycanla Avropa arasında əməkdaşlığın gücləndirilməsində, qarşılıqlı əməkdaşlığın böyüməsində rol oynamalı idi. Ancaq belə olmadı. Onlar kimlərinsə “donos”ları əsasında Azərbaycan haqqında yersiz, heç bir reallığa söykənməyən müzakirələr aparırlar. Halbuki bu müzakirələri aparan şəxslər bircə dəfə də olsun, ölkəmizdə olmayıblar, bizim şəraitlə tanış deyillər”.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, “TANAP” və “TAP” layihələrində böyük rol oynadığını deyən Siyavuş Novruzov vurğulayıb ki, dövlətimiz bu istiqamətdə artıq daha irimiqyaslı layihələrin icrasına başlayıb: “Lakin Azərbaycanda olan ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş həm bəzi daxili qüvvələri, həm də erməni lobbisini narahat edir. Avropa Parlamenti may ayında formalaşıb. Elə ilk işə başlayan kimi, məhz Azərbaycan məsələsini ortaya atdılar. Sual olunur, niyə? Avropanın böyük problemləri var ikən nə üçün onlar fəaliyyətə başlayan kimi ilk olaraq Azərbaycan əleyhinə heç bir əsası olmayan müzakirələr keçirirlər? Əgər söhbət kiminsə hüquqlarının tapdalanmasından gedirsə, sual olunur, Avropa Parlamenti 1 milyondan artıq qaçqın və məcburi köçkünlərlə bağlı nə üçün indiyə qədər bir qətnamə belə ortaya qoya bilməyib? Məgər onların hüquqları tapdalanmayıb? Hətta nəinki qətnamə qəbul etmək, heç bu haqda xırda bir müzakirə də etməyiblər. Qaçqınların hüquqları pozulub, amma onları bu maraqlandırmır. Ancaq öz dilləri ilə desək, kiminsə hüququ pozulubsa, bu, onları narahat edir. Ev-eşiyindən, mülkündən, malından məhrum edilən insanlarla, qətlə yetirilən şəxslərin yaxınları ilə niyə maraqlanmırlar? Avropanın əsas dəyərlərindən biri yerli özünüidarəetmədir. Qaçqınlar bələdiyyə seçkilərində seçib-seçilmə hüquqlarından məhrum olublar. Öz bələdiyyələrini formalaşdıra bilmirlər. Onların hüquqları daha çox pozulub. Xocalı soyqırımı zamanı neçə-neçə nəsillərin kökü kəsilib, ancaq Avropa Parlamentini bu, maraqlandırmır. Erməni lobbisinə xidmət edən, onlarla əlbir iş görən, Ermənistana gizli şəkildə gedib-gələn, düşmən ölkənin xüsusi xidmət orqanları ilə əlbir olan adamlar nədənsə Avropanı daha çox maraqlandırır”.
Müzakirəyə çıxarılan məsələlərlə bağlı araşdırma apardığını deyən S.Novruzov bildirib ki, qətnamə layihəsi 46 deputat tərəfindən hazırlanıb: “Bunların hamısı bu və ya digər formada erməni lobbisi ilə əlaqədədirlər. Onların himayəçiliyi və bu işdə maraqlı dövlətlərin təsiri altında Azərbaycan əleyhinə bu tipli layihələr hazırlayıb müzakirəyə çıxarırlar. Bilirsiniz ki, bu yaxınlarda bir neçə vətəndaşımız ermənilər tərəfindən girov götürülmüşdü. Onlardan biri işgəncələr nəticəsində dünyasını dəyişdi. Biz tərəfdən də Ermənistanın kəşfiyyat diversiya qrupunun üzvləri həbs edildilər. Erməni əsir ürək xəstəliyindən dünyasını dəyişdi. Hətta bunu Ermənistanın rəsmi dairələri də təsdiq etdilər ki, o, ürək xəstəliyindən əziyyət çəkirdi. Həmin bu 46 deputat Ermənistan rəhbərliyinə başsağlığı verdi. Amma öz ata-baba yurdunda ziyarətə gedən azərbaycanlının ermənilər tərəfindən işgəncələr nəticəsində öldürülməsi haqqında bir cümlə belə danışmadılar. Ona görə də bunlardan ədalətli bir mövqe gözləmək olmaz”.
S.Novruzov onu da əlavə edib ki, bütün bunlar bizim inkişafımızı ləngidə bilməz: “Bir də görürsən ki, iddia irəli sürürlər ki, Azərbaycanda həbsxanalarda görüşlər keçirmək istəyirik. Onlara sual vermək lazımdır ki, nə üçün ermənilərin azğınlığı nəticəsində öldürülən 14 nəfər azərbaycanlı şəhidin ailələri ilə görüşüb başsağlığı vermirlər? Körpə bir uşağı erməni snayper vurub öldürdü, niyə o körpənin ailəsi ilə gedib görüşmürlər? Niyə Leyla Yunusla, Arif Yunusla görüşmək arzusundadırlar? Bütün tanınmış erməni bloggerlər L.Yunusla A.Yunusu müdafiə edirlər. Müzakirə olunan qətnamənin kökündə də məhz bu tipli adamlarla uzun illərin əməkdaşlığı dayanır. Tutaq ki, kimsə həbs olunursa, bir həftə keçməmiş bəyanat verirlər ki, azadlığa buraxılsın. Bunlar qanunlara hörmət etmirlər. İstintaq getdiyi müddətdə heç kimi azadlığa buraxmırlar. Əgər məhkəmənin qərarından narazı qalsalar, o zaman yüksək instansiyalara - Avropa Məhkəməsinə də müraciət edə bilərlər. Biz heç bir dövlətin daxili işlərinə qarışmırıq, başqaları da bizim daxili işlərimizə qarışmamalıdırlar. Ölkəmizdə analoqu olmayan qlobal layihələr həyata keçirilir. Ermənistan isə heç hərbi parad belə keçirə bilmədi, çünki nümayiş etdirməyə heç bir hərbi texnikası yoxdur. Amma Azərbaycanın istehsal etdiyi hərbi məhsulları almaq üçün bu gün dünyanın 30-dan çox müxtəlif dövləti növbəyə durub. Belə olanda bəzi qüvvələr ortaya düşürlər ki, bu inkişafa, Avropa ilə olan əməkdaşlığa xələl gətirsinlər”.

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31