/ / London Diplomatiya Akademiyasının rektoru: Xocalı soyqırımı törədənlər Ermənistanda hakimiyyətdədirlər
London Diplomatiya Akademiyasının rektoru: Xocalı soyqırımı törədənlər Ermənistanda hakimiyyətdədirlər
20.09.2014 [10:18]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırmaq lazımdır və problem nizamlanmalıdır. Bunu Trend-ə müsahibələrində Böyük Britaniya parlamentinin üzvləri deyiblər.
Böyük Britaniya parlamentinin üzvü, keçmiş müdafiə naziri Piter Laff bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə lazımi diqqət ayrılmır: “Bu, həll edilməli olan mürəkkəb münaqişədir”.
Onun sözlərinə görə, Ukraynadakı hadisələr və “İslam Dövləti” qruplaşmasının Yaxın Şərqdəki fəaliyyəti nəzərə alınsa, Dağlıq Qarabağ münaqişəsinə az diqqət yetirilir.
Parlamentin digər üzvü Toni Boldrinin fikrincə, münaqişənin həll yolu tapılmalıdır: “Bu, əbədi asılı vəziyyətdə qalacaq və unudulacaq situasiya deyil. Buna görə də nə isə etmək lazımdır ki, insanlar başa düşsünlər ki, münaqişə həqiqətən də həll olunmalıdır”.
Onun fikrincə, buna nail olmağın yollarından biri dünya üzrə müxtəlif konfransların təşkil edilməsidir: “Məqsəd daha çox insanın bu münaqişəni başa düşməsidir”.
Xocalı soyqırımından danışan T.Boldri qeyd edib ki, gələcəkdə belə cinayətlərin qarşısını almaq üsullarından biri insanların belə hərbi cinayətlər və ya bəşəriyyətə qarşı cinayətlər törədilən zaman immunitetlərinin olmayacağını başa düşməsidir: “Bununla da gec və ya tez ədalət qalb gələcək. Biz beynəlxalq hüquq sisteminə malik olmalıyıq. O zaman hərbi cinayətlər və ya bəşəriyyətə qarşı cinayətlər törətməyə çalışan insanlar biləcəklər ki, onlar məsuliyyətdən yayına bilməyəcəklər”.
London Diplomatiya Akademiyasının rektoru Nabil Ayad isə hesab edir ki, siyasətçilərin bu faciə barədə az məlumatları var: “Onlar nə baş verdiyini bilmirlər”.
Onun sözlərinə görə, ermənilərin Vaşinqton, Paris və Brüsseldə lobbiləri var: “Azərbaycan da dünyaya daha açıq olmalı və bu məsələlər üzrə dünyanı məlumatlandırmalıdır”.
N.Ayad qeyd edib ki, bu prosesdə öyrətmə və tərbiyə vacib rol oynayır. O, Xocalıda baş vermiş hadisəni cinayət, qırğın və soyqırım adlandırıb və əlavə edib ki, beynxalq aləm baş verənlərə diqqət ayırmalıdır: “Biz bilirik ki, cinayətkarlar hakimiyyətdədir və onlar hər hansı vaxtdan asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

